Ağsuda əhalinin kütləvi tibbi müayinəsi uğurla davam edir
Tarix: 16.03.2018 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


Ağsu rayonunda əhalinin kütləvi tibbi müayinədən keçirilməsi ilə əlaqədar fevralın 12-dən başlanan kampaniya müvəffəqiyyətlə davam edir və artıq 26 min 619 nəfər bu humanist aksiyadan faydalanıb.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tibbi müayinədən keçənlərin 1107 nəfəri ambulator, 47 nəfəri stasionar müalicəyə cəlb edilib, 12 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Daha 66 nəfər Bakı şəhərinə, ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Sakinlərin kütləvi tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında və 8 kənd həkim məntəqəsində aparılır. Dörd səyyar həkim briqadası tərtib edilən qrafik üzrə yerlərdə olur, habelə mərkəzi xəstəxanaya və məntəqələrə gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu xeyirxah aksiyadan təkcə Ağsu rayonunda 56 min nəfərədək sakin faydalanacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Masallıda arıçılara subsidiyaların verilməsinə başlanılır
08.12.2018
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının fəaliyyəti ilə bağlı iclas keçirilib
07.12.2018
Şəkinin daha bir kəndinə təbii qaz verilib
07.12.2018
Ali təhsil ocağında kitab təqdimatı keçirilib
07.12.2018
6 mindən çox istehlakçının işıq problemi həll olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info