Oqtay Əsədov: “Həyata keçirilən tədbirlər Azərbaycanın investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlayır”
Tarix: 16.03.2018 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi qanunverici orqanla hökumət arasında əlaqələrin güclənməsini, sosial, iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində Milli Məclisin deputatlarının iştirakını təmin edir. Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Oqtay Əsədov 2017-ci ildə Azərbaycanda həyata keçirilən iqtisadi, hüquqi, demokratik islahatlar barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövləti neft strategiyasında növbəti uğurlu addımı atıb. “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsinə dair xarici şirkətlərlə müqavilənin müddəti ölkəmiz üçün əlverişli şəraitlərlə 2050-ci ilə qədər uzadılıb. Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP kəmərlərinin inşası sürətlə davam etdirilir. Tarixi İpək Yolunun bərpası üçün böyük önəm kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu ötən il istifadəyə verilib. Araşdırmalar göstərir ki, bu dəmir yolu xətti Şərq ilə Qərbi birləşdirən məsafəni iki dəfəyə qədər yaxınlaşdırır və yolu asanlaşdırır. İqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft ixracının stimullaşdırılmasına, aqrar sahənin inkişafına dövlət dəstəyi artırılıb. 2017-ci ildə qeyri-neft sektorunda əvvəlki ilə nisbətən 2,7 faiz artım baş verib. Nəticədə bu sektorun ümumi daxili məhsulda xüsusi çəkisi təqribən 62 faiz təşkil edib. Ötən il ərzində iqtisadiyyata 17 milyard manata yaxın sərmayə yatırılıb. Həyata keçirilən düşünülmüş tədbirlər ölkəmizin investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlayır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info