Erməni ekspert: “Əgər Ermənistan əski parçasıdırsa, nə fərqi var kimin əlindədir”
Tarix: 16.03.2018 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Arbak Xaçatryan: “Əgər, səndən əski parçası düzəldirlərsə, bu halda Rusiyada hakimiyyətdə kimin olmasının nə önəmi var?”

“Mənə görə, əsas təhlükə ondan ibarətdir ki, millətim kölələşdirilir, pulun girovuna çevrilir. Bu gün dükançılar ölkənin sahiblərinə çevriliblər və onlar üçün cəmiyyət anlayışı ümumiyyətlə yoxdur. Bu insanlar ancaq şəxsi məsələlərin həlli ilə məşğuldurlar”. Bunu Moskvada yaşayan müstəqil erməni ekspert Arbak Xaçatryan Ermənistanın “1in.am” saytına müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı olmayan, dövlət institutlarının fəaliyyət göstərmədiyi, qeyri-legitim addımların atıldığı ölkədir: “Əgər indi həmin şəxslər yanaşmalarını dəyişərək ABŞ, İngiltərə yaxud Avropaya tərəf çevrilsələr, bunun heç bir əhəmiyyəti olmayacaq. Sənin kimə satılmağın önəmli deyil, satqın adam həmişə satqın olaraq qalacaq. Bütövlükdə bu sistem bu gün talançılıqla məşğuldur”. Erməni diasporunun Rusiyada keçiriləcək prezident seçkilərində kimə səs verəcəyinə gəldikdə isə A. Xaçatryan ümumiyyətlə erməni icmasının mövcudluğunu sual altına qoyaraq Ermənistanda ailələri qoyub Rusiyaya işləməyə gedən ermənilərin hansısa ideoloji qərar vermək qabiliyyətinə şübhə ilə ilə yanaşdığını bildirib: “Bu gün hər bir güclü dövlət öz maraqlarını qorumaq yoluyla gedir.

“Əgər, sənin həmyerlilərin narkoman və ya cinayətkardırsa, təbii ki, onlarla işləməyi arzu etmirsən. Əgər, onlar başqa istiqamətə dönürlərsə, bu ölkənin mövqeyi tam şəkildə zəifləyir. Həmişə müəyyən mövqeyi olan, zəifləməmiş, “əski parçası” olmayanlarla işləyirlər”

Rusiya da bu yolla gedir. Burada məsələ ondadır ki, belə halda Ermənistan hansı vəzıyyətdə olacaq. Bugünkü talançılar üçün əsas vəzifə öz əmlakını qorumaqdır. Mən onların heç bir sözünə inanmıram. Çünki onların yaşam tərzi televiziyadakı çıxışlarına ziddir”. “Öncə Rusiyada hakimiyyət dəyişməlidir, bundan sonra Ermənistanda da dəyişiklikləri gözləmək mümkün olacaq” fikri ilə razılaşmayan A. Xaçatryan bunu deyib: “Əgər, səndən əski parçası düzəldirlərsə, bu halda Rusiyada hakimiyyətdə kimin olmasının nə önəmi var? Əgər sən əski parçasısansa, nə fərqi var kimin əlindəsən – Avropa, Amerika yaxud da digərinin? Səninlə sivil ölkələr daha sərt danışırlar, nəinki rejimin güclü olduğu ölkələr”, - deyə o vurğulayıb.

“Rusiya Azərbaycanı təsadüfən silahlandırmağa başlamayıb. Ermənistanı idarə edən alçaqlar ticarət mərkəzləri açırlar, şantajla pul qazanırlar. Rusiya regionda daha güclü mövqelərə malik güclü tərəfdaş tapıb və onunla işbirliyinə başlayıb”

A. Xaçatryan hesab edir ki, Rusiya Azərbaycanı təsadüfən silahlandırmağa başlamayıb: “Ermənistanı idarə edən alçaqlar ticarət mərkəzləri açırlar, şantajla pul qazanırlar. Təsadüfi deyil ki, Rusiya regionda daha güclü mövqelərə malik güclü tərəfdaş tapıb və onunla işbirliyinə başlayıb. 7-8 il əvvəl Medvedev silah satışı ilə bağlı saziş imzalayanda mən təhlükəyə bağlı xəbərdarliq etmişdim. Əgər, sənin həmyerlilərin narkoman və ya cinayətkardırsa, təbii ki, onlarla işəməyi arzu etmirsən. Əgər, onlar başqa istiqamətə dönürlərsə, bu ölkənin mövqeyi tam şəkildə zəifləyir. Həmişə müəyyən mövqeyi olan, zəifləməmiş, “əski parçası” olmayanlarla işləyirlər. Nəyə görə Levon Ter-Petrosyanın vaxtında Ermənistanla hesablaşırdılar? Gürcüstanla Azərbaycan kənarda idarə olunmağa imkan verməmək üçün razılığa gəlməli idilər. Axı regionda həmişə güclü ilə münasibətlər qururlar. Ermənistan hakimiyyəti isə özünün iki qəpiyini daha üstün tutur, qeyri-legitimdir və s.”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info