Qoşqar Təhməzli: “Qeyri-neft sektorunun inkişafı istiqamətində nəhəng addımlar atılır”
Tarix: 16.03.2018 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə 1-ci donor əlaqələndirmə görüşü keçirilib.
Tədbirdə məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək və bu istiqamətdə fikir mübadiləsi aparmaqdır.
Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyət istiqamətləri və vəzifələri barədə məlumat verib. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində nəhəng addımlar atıldığını deyən Q.Təhməzli həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın dünya səviyyəsində yeni çağırışlara uğurla cavab verdiyini vurğulayıb : “Ölkədə aparılan islahatların tərkib hissəsi kimi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi hazırlanıb və icrasına başlanılıb. Bu məqsədlə Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlərlə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi yaradılıb”. Sədr qeyd edib ki, agentliyin əsas vəzifəsi qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin və siyasətinin həyata keçirilməsidir. Qurumun fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq təcrübənin öyrənilməsi və mövcud standartların beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Xarici qurum və təşkilatlarla aparılan danışıqlar haqqında da məlumat verən Qoşqar Təhməzli bu ilin may ayında ölkəmizdə keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan 2018”in iştirakçıları arasında əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm platforma rolunu oynayacağını bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas qida təhlükəsizliyi sahəsindəki mövcud durum, Aİ və Azərbaycan arasında qida təhlükəsizliyi sahəsində qurula biləcək əməkdaşlığın gələcək imkanları haqqında məlumat verib. Ölkəmizdə Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını yüksək dəyərləndirən səfir Kestutis Yankauskas qeyd edib ki, ərzaq məhsullarının təhlükəsizliyi müasir dövrdə ən aktual problemlərdən sayılır. Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanda həyata keçirilən mütərəqqi islahatların iştirakçısına çevrilib və ötən 10 il ərzində bu islahatlar uğurla davam edib. Həmçinin nəzərə çatdırılıb ki, Avropa İttifaqı digər sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsində də ölkəmizlə qabaqcıl təcrübəsini bölüşməkdə maraqlıdır.
Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti haqqında videoçarx təqdim olunub. Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə agentliyin qarşısında qoyulan vəzifələr haqqında təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Beynəlxalq donor təşkilatlar tərəfindən həyata keçiriləcək layihələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub. Görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və agentliyin məsul işçiləri iştirak ediblər.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Neftin qiyməti 100 dollara yüksələcək
24.09.2018
Nazir: “Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb”
24.09.2018
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
24.09.2018
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
24.09.2018
Yanvar-avqust aylarında sərnişin daşınmasında 1,3 faiz artım olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info