Çanaqqala zəfərinin 103-cü ildönümü qeyd edilib
Tarix: 16.03.2018 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş “18 mart - Çanaqqala zəfəri” adlı tədbir keçirilib.
Tədbirdə ADPU-nun rəhbərliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Abdulqafur Büyükfırat, mədəniyyət müşaviri İrfan Cifçi, Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) təmsilçiləri, müəllim və tələbələr iştirak ediblər. ADPU-da təhsil alan türkiyəli tələbələrin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən toplantıda Çanaqqala şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov bildirib ki, bütün türk dünyasının tarixinə böyük qəhrəmanlıq və hərbi şücaət salnaməsi kimi daxil olmuş Çanaqqala zəfərindən 103 il keçir. Çanaqqala döyüşü 1915-1916-cı illərdə Osmanlı dövləti ilə ittifaq dövlətləri (İngiltərə, Fransa və s.) arasında dənizdə və quruda aparılıb. Həmin dövrdə ittifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu işğal edərək boğazları ələ keçirmək və bununla da Rusiya üçün etibarlı bir ticarət və hərbi yol açmaq istəyirdilər. Eyni zamanda, onlar Almaniyanın müttəfiqlərindən biri olan Osmanlını zəiflətmək məqsədilə Çanaqqalanı hədəf seçmişdilər. Çünki Çanaqqalanın işğal edilməsi bütünlükdə Osmanlı dövlətinin tamamilə məhv edilməsi demək idi. İttifaq dövlətləri canlı qüvvə və texnika sarıdan böyük üstünlüyə malik olsalar da, Çanaqqalanı ələ keçirə bilməyib, döyüş Osmanlı qüvvələrinin qələbəsi ilə nəticələnib. Məşhur Çanaqqala döyüşü Osmanlı dövlətinin möhtəşəm qələbəsi kimi tarixə düşüb, hər bir vətəndaşın xatirəsində qalıb. Çanaqqala zəfəri türk millətinin tarixin ən çətin və mürəkkəb dövrlərində öz gücünü, iradəsini ortaya qoymaq bacarığını bütün dünyaya göstərib. Məhz buna görə Türkiyə Respublikası qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi 18 mart tarixi Çanaqqala Şəhidlərini Xatırlama Günü olaraq elan edilib. Düşmən tərəfi olan Antanta birliyi üçün bu döyüş hərbi bacarıqsızlıq və fəlakət simvolu olaraq qəbul edilib. A.Zamanov çıxışı zamanı deyib ki, bütün türk dünyasının parlaq hərbi-siyasi istedadından, məharətindən böyük qürur və fəxr duyduğu Mustafa Kamal Atatürk bu döyüşdə öz üzərinə düşən hərbi vəzifələri layiqincə yerinə yetirib. Mustafa Kamal Atatürk döyüşlərin ilk günlərindən öz parlaq hərbi istedadını üzə çıxarıb və məşhurlaşıb. Bu fakt Mustafa Kamal Atatürkün türk xalqının milli lideri kimi ortaya çıxmasına həlledici təsir göstərib. Böyük tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri yüksək inkişaf yolundadır.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Cifçi, türkiyəli tələbələr adından Hakan Köseyi və başqaları tədbirin təşkilinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, iki qardaş xalqın həmrəy olmasından qürur duyduqlarını vurğulayıblar.
Toplantıda türk xalqının böyük tarixi şəxsiyyətlərinin bu günümüzlə səsləşən fikirləri və “Çanaqqala” şeiri səsləndirilib, “Harmandalı Zeybek” rəqsi ifa edilib, Çanaqqala zəfəri ilə bağlı videoçarx və Bakı Türk Orta Məktəbinin şagirdlərinin ifasında musiqilər təqdim edilib. Görkəmli türk sənətçisi Yağız Ozanın ifa etdiyi mahnılar iştirakçılarda ruh yüksəkliyi yaradıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info