BQP “milli şura”da iştirak etməyəcək
Tarix: 30.05.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Böyük Quruluş Partiyası (BQP) yeni yaranmış “milli şura”da iştirak etməyəcək. Bunu millət vəkili, BQP başqanı Fazil Mustafa deyib. “Milli şura”nın yaranmasına münasibət bildirən BQP başqanı qeyd edib ki, siyasi qüvvələr hər hansı şəkildə toplanıb müəyyən formatda birləşə bilərlər:
“Bu bir hüquqdur, ona görə də bunun lehinə və ya əleyhinə danışmaq üçün həmin qurumun fəaliyyətini izləmək lazımdır. Yəqin ki, yaxın zamanlarda “milli şura”nın fəaliyyəti Azərbaycanda demokratiya və ya müəyyən islahatlar aparılması uğrunda nə qədər faydalı olacaqsa, ona müsbət və ya mənfi münasibətimizi ortaya qoyacağıq. İndiki halda bu qüvvələr konstitusion hüququndan istifadə ediblər, bir format yaradıblar. Fəaliyyətdən sonra isə ona qiymət vermək cəmiyyətin üzərinə düşür, o cümlədən biz də öz qiymətimizi verəcəyik. BQP yeni yaranmış “milli şura”da iştirak etməyəcək. Çünki biz Azərbaycanda demokratik cəmiyyət quruculuğu yollarını fərqli görürük və bu yolun daha da real gerçəkləşdirilməsi istiqamətində proqram üzərində çalışırıq, fəaliyyətimiz də buna yönəlib”.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info