Çin: “Separatizmə qarşı gücdən istifadə edilməlidir”
Tarix: 16.03.2018 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


“Tayvanın geri qaytarılması 2021-ci ilə - Çin Kommunist Partiyasının 100 illiyinə qədər başa çatacaq”

Çin Kommunist Partiyasının iclasında ordunun baş komandanı Tayvanın ölkəyə birləşməsini təxirə salmağın mümkünsüzlüyü barədə çıxış edib. Onun sözlərinə görə Pekin sonsuza qədər gözləyə bilməz. O problemin qısa müddətə, arzuedilən qədər sülh yolu ilə həll edilməsinə çağırıb: “Əgər, sülh yolu da işə yaramasa, o halda separatçılıq əleyhinə gücdən istifadə etməyə icazə verən qanun istifadə oluna bilər”. Çin siyasətçiləri adanın geri qaytarılmayacağı təqdirdə, ölkə rəhbəri Si Çzinpinin Çin millətinin dirçəlişi ilə bağlı planının yerinə yetirilməyəcəyinii iddia edirlər. Qeyd edilməlidir ki, Çinin bu istiqamətdə atacağı hər hansı bir addım Ağ Evlə münaqişəyə səbəb ola bilər. Buna baxmayaraq, Pekin Çinin ayrılmaz əyaləti hesab edilən adaya qarşı siyasətini inkişaf etdirir. Bu, “qırmanç” və “kökə” siyasətidir. Çin tərəfi bu siyasətlə materikdə tayvanlılar üçün yüksək ödənişli işlər təklifi edir. Bununla yanaşı, tayvanlıların Çində fəaliyyət göstərəcək şirkətlərinə də eyni status verməklə, onlara Çin bazarlarında perspektivlər vəd edir. Tayvan İşləri üzrə hökumət məsləhətçisi, Pekin Universitetində Tayvan Tədqiqatları İnstitutunun dekanı Li İxu “China Morning Post” qəzetinə verdiyi açıqlamada deyib ki, Çin tərəfindən atılacaq bu addımlar gözlənilən nəticəni verməsə, ada hərbi yolla geri qaytarılacaq. Linin ehtimalına görə, bu məsələ baş katib Si Çzinpin gələcək fəaliyyətində əsas yeri tutacaq. Çünki Tayvan probleminin həlli baş katibin irəli sürdüyü "milli dirçəlişə" yaxınlaşmaqda böyük bir addım hesab olunur. Maraqlıdır ki, Çindən kənarda yaşayan ekspertlər də baş katibin bu istiqamtədə fəaliyyət göstərəcəyini istisna etmirlər. Belə ki, Sinqapurun Nanyan Universitetinin müəllimi Li Çixun hesab edir ki, Tayvanın geri qaytarılması 2021-ci ilə - Çin Kommunist Partiyasının 100 illiyinə qədər başa çatacaq. Çinin quru qoşunlarının komandanı, 30 ildən artıq adaya ən yaxın Fujian əyalətində xidmət etmiş general Xan Veyqo hesab edir ki, problem ən qısa zamanda, özü də sülh yolu ilə həll edilməlidir: “Amma bu yol işə yaramırsa, gücdən istifadə etməyə imkan verən dövlətin bölünməsinə qarşı qanundan yararlana bilərik”. Xatırladaq ki, 2005-ci ildə Çində dövlətin bölünməsinin qarşısının alınması haqqında qanun qəbul edilib. Bu qanunda son nicat yolu kimi hərbi qüvvəyə müraciət edilməsi ilə bağlı bənd var. Onu da qeyd edək ki, adanın gələcəyi ABŞ-dan da asılıdır. Belə ki, Tayvan əsas silahları Amerikadan alır. “VMS SŞA USNI” nəşrinin məlumatına görə tayvanlı hərbi dənizçilər Amerika və yapon dənizçiləri ilə birgə təlimlər keçirirlər. Tayvan, ABŞ və Yaponiya arasında kəşfiyyat məlumatları mübadiləsi mərkəzi qurulduğunu bildirən nəşr yazır ki, bu mübadilə “ittifaq” deyil, "federal müdafiə" xarakteri daşıyır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info