Yanvar-fevral aylarında qeyri-neft ixracı 37,4 faiz artıb
Tarix: 17.03.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Bu dövrdə ölkədən ixrac olunan məhsulların çeşidində 10 faiz, tərəfdaş ölkələrin sayında isə 2 faiz artım olub

Ötən il sahibkarlara 2,9 mln. manat məbləğində ixrac təşviqi ödənilib. Bu barədə Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti və "Made in Azerbaijan" brendinin təbliği sahəsində görülmüş işlərə dair keçirilən mətbuat konfransında bildirilib. Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Sahil Babayev deyib ki, bu ilin ilk iki ayında Azərbaycanda qeyri-neft ixracı 37,4 faiz, kənd təsərrüfatı məhsullarının ixracı 24 faiz, sənaye məhsullarının ixracı 48 faiz artıb. Nazir müavini eyni zamanda, bu dövrdə ölkədən ixrac olunan məhsulların çeşidinin 10 faiz və tərəfdaş ölkələrin sayının 2 faiz artdığını qeyd edib. Nazir müavini deyib ki, 2017-ci ildə Azərbaycandan şərab ixracı 68 faiz artıb.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov KİV nümayəndələrinin diqqətinə çatdırıb ki, ixrac təşviqinin ödənilməsi qaydalarının, kiçik və orta sahibkarların gömrük və maliyyə sahələrində bilik və bacarıqlarının artırılımasına dair təlim seminarları təşkil edilib, beynəlxalq və yerli tədbirlərdə Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib. Ötən il AZPROMO-nun əlaqələri daha da genişlənib, daha 11 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 14 Anlaşma Memorandumu imzalanıb. 2017-ci ildə İxracatçılar Klubunun 10 iclası keçirilib, 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib, sahibkarlıq subyektlərinə 2,9 mln. manat məbləğində ixrac təşviqi ödənilib. Ümumilikdə isə, indiyədək bu istiqamətdə sahibkarlara 3,6 mln. manat ödənilib. Mətbuat konfransında bildirilib ki, 2017-ci il ərzində "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana, Macarıstana, Rusiyaya və Səudiyyə Ərəbistanına ümumilikdə 10 ixrac missiyası təşkil olunub. Bu ixrac missiyalarında 160-dan çox şirkət iştirak edib, missiyalar çərçivəsində bir sıra məhsulların ixracına, o cümlədən meyvə-tərəvəz, şərab, meyvə şirələri, konsevləşdirilmiş məhsullar, tikinti materialları, mebel və digər məhsulların ixracına dair razılaşmalar əldə olunub, müqavilələr bağlanılıb. Bundan əlavə, “Gulfood 2017” beynəlxalq ərzaq sərgisində, “Prowein 2017” beynəlxalq şərab sərgisində, “Worldfood Moscow” beynəlxalq ərzaq sərgisində, “ANUGA” beynəlxalq ərzaq sərgisində, “Hong Kong International Wine & Spirits Fair 2017” beynəlxalq şərab sərgisində yerli şirkətlərin "Made in Azerbaijan" vahid ölkə stendi ilə iştirakı təmin edilib. 2017-ci ildə vahid ölkə stendi mexanizmi çərçivəsində 19 mln. manatlıq müqavilələr imzalanıb və artıq 6 mln. manatadək məhsul ixrac edilib. Bundan başqa, ötən il ixrac missiyaları zamanı imzalanmış müqavilələr üzrə artıq 2 mln. manatlıq məhsul ixrac olunub.
Xarici ölkələrdə və beynəlxalq KİV-də yerli məhsullarımızın tanıdılması ilə bağlı reklamlar yerləşdirilib. “Azərbaycan şirələri” və “Azərbaycan meyvələri” sahəvi brendlər üzrə reklam çarxları hazırlanaraq Rusiya Federasiyasının “Rossiya 24” federal televiziya kanalında oktyabr-noyabr aylarında yayımlanıb. Diqqətə çatdırılıb ki, dövlət başçısının 11 yanvar 2018-ci il tarixli fərmanına uyğun olaraq, 2018-ci ildə təşkil ediləcək ixrac missiyalarının və beynəlxalq sərgilərin sayı artırılıb. İl ərzində keçiriləcək ixrac missiyalarının sayı 10-dan 25-ə, sahibkarların vahid ölkə stendi ilə təmsil olunduğu sərgilərin sayı 5-dən 10-a çatdırılıb. Həmçinin, ixrac missiyasının maksimum müddəti 4 gündən 6 günədək, iştirakçıların sayı isə 20-dən 30-a qədər artırılıb. Bununla yanaşı, Azərbaycana alıcı missiyalarının təşkili üçün də müvafiq tədbirlər görülür.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info