Əlimərdan bəy Topçubaşovun 150 illiyi ilə bağlı elmi-praktik konfrans
Tarix: 30.05.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurası və “Kaspi” qəzetinin təşkilatçılığı ilə görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun 150 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov Ə.Topçubaşovu Azərbaycanın görkəmli siyasi xadimi, diplomat və hüquqşünas kimi xarakterizə edib.
O, Topçubaşovun Qafqazda, ümumən Çar Rusiyasında müsəlmanlara məxsus medianın inkişafındakı rolundan danışıb: “Əlimərdan bəy Topçubaşovun “Kaspi” qəzetinin redaktoru kimi fəaliyyəti də danılmazdır. Bu illərdə onun yüzlərlə məqalələri dərc edilib. Həmin məqalələrdə Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, eləcə də Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış edib. Əlimərdan bəy Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olmuş, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında getmiş və onun başçılarından birinə çevrilib”. Filologiya elmləri namizədi Sona Vəliyeva Ə.Topçubaşovu məfkurə adamı, millətin taleyini düşünən və bu istiqamətdə mühüm addımlar atan dövlət adamı kimi xarakterizə edib. S.Vəliyeva Ə.Topçubaşovun Rusiya müsəlmanlarının liderlərindən olduğunu, Azərbaycan Xalq Cümhuriyyəti yaradılana qədər Qafqazda azərbaycanlılar arasında tanınmış şəxs olduğunu söyləyib. O, Ə. Topçubaşov irsinin araşdırılmasına ehtiyac olduğunu da vurğulayıb. Tədbirdə Ə.Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında, onun idarəçiliyində, xarici siyasətinin formalaşmasındakı rolu haqda da danışılıb. Konfransda Ə.Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentinin sədri, xarici işlər naziri kimi fəaliyyətinə diqqət yönəldilib. Sonda “Kaspi” qəzetinin Əlimərdan bəy Topçubaşova həsr olunan xüsusi buraxılışı təqdim olunub. Qeyd edək ki, Rusiya paytaxtında da Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Lomonosov adına Moskva Dövlət Universitetini tarix fakültəsi ilə birgə təşkil etdiyi konfransda Azərbaycan və Rusiya politoloqları, tarixçiləri, və elm adamları iştirak ediblər. Konfransı giriş sözü ilə açan ÜAK-ın icraçı direktoru İlqar Hacıyev Azərbaycanın yeni tarixinin görkəmli nümayəndələrindən biri olan Əlimərdan bəy Topçubaşovun ölkəmizdə demokratik dəyərlərin formalaşmasında rolundan danışıb. ÜAK-ın müşaviri, tarix elmləri namizədi Manaf Ağayev isə tarixi şəxsiyyətin həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib. MDU-nun Tarix fakültəsinin dekan müavini Aleksey Vlasov, universitetin İnformasiya-Təhlil Mərkəzi baş direktorunun müavini Aleksandr Karavayev, Nikolay Baybakov Fondunun sədri Aleksandr Romaşin, Rusiya Yazıçılar İttifaqının üzvü Lyudmila Lavrova Əlimərdan bəy Topçubaşovun Şərq və Avropa mədəniyyətlərinin xüsusiyyətlərini birləşdirərək Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərlər əsasında təşəkkül tapmasındakı xidmətlərindən, onun həyatının Rusiya ilə bağlı məqamları barədə danışıblar. Konfrans iştirakçılarının fikrincə, ötən əsrin əvvəllərində Rusiya imperiyasının parçalanması və yeni müstəqil dövlətlərin yaranması dövrü yetərincə tədqiq olunmayıb.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info