Avropa İttifaqı: “Bakı Limanı Avropa İttifaqının Asiya ilə ticarət zəncirində mühüm yer tutur”
Tarix: 17.03.2018 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Ələtdə yerləşən yeni liman ölkəmizlə yanaşı böyük bir region üçün mühüm əhəmiyyət kəsb edir.
Bu liman Qərb (Türkiyə və Aİ), Cənub (İran və Hindistan) və Şimalı (Rusiya) birləşdirən mühüm nəqliyyat qovşağıdır. Azərbaycanın rayonlarına yaxın ərazidə yerləşməsi əlverişli qovşaq kimi bu limanın regionlar ilə əlaqə qurmaq imkanını artırır və beləliklə daşınan yüklərin həcmi artır. Bundan əlavə, yeni limanın yerləşdiyi ərazi ölkənin daxili rayonlarını birləşdirən mövcud avtomobil və dəmiryolları ilə kəsişir. Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkəmizin tranzit potesnialının artırılması istıqamətində mühüm mərhələdir. Liman nəhəng nəqliyyat qovşaqlarının mərkəzində yerləşir. Bu baxımdan Ələt Yeni İpək Yolunda ən çox uğur əldə edə biləcək logistika və istehsal zonasıdır. Çinin təşəbbüsü ilə reallaşdırılan “Bir kəmər, bir yol” laayihəsində də Bakı Limanı həlledici seqmentlərdən sayılır. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanında tikinti işləri və liman ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması işləri davam etdirilir. Hazırda limanda tikinti işləri sürətlə davam etdirilir və bu işlər liman kompleksinin bütün seqmentlərini əhatə edir. Bu ilin yanvar ayının əvvəlində dövlət başçısının iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı olub. İldə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək gücündə olan terminal müasir texniki tələblərə uyğun tikilib. 2018-ci ilin 1-ci rübün sonunadək limanda 7 ümumi yük körpüsünün tikintisinin, anbarların, yardımçı binaların, digər əlaqəli infrastruktur obyektlərinin quraşdırılmasının başa çatdırılması nəzərdə tutulur. Limanın əməliyyat binasının inşası 2018-ci ilin may ayında başa çatdırılacaqdır. Bakı Dəniz Ticarət Limanının birinci mərhələsinin bu ilin birinci yarısında istifadəyə verilməsi, gələcəkdə tələbat artdıqca limanın 50-70% genişləndirilməsi nəzərdə tutulur. Bakı limanına Avropa İttifaqı da böyük maraq göstərir. Ələt qəsəbəsində yaranmaqda olan yeni Azad Ticarət Zonası da beynəlxalq yük daşınma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynayacaq. Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Ələtdə yerləşən yeni Bakı Limanı əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi” adlı layihəyə start verilməsi də bu marağın göstəricisidir. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Limanının Avropa İttifaqının aparıcı limanları, nəqliyyat və logistika şirkətləri ilə əməkdaşlıq etdiyini və sözügedən layihənin icrası ilə əməkdaşlığın daha da sıx olacağını diqqətə çatdırıb. Bildirib ki, hazırda Bakı Limanı Belçika, Almaniya, Niderland, Rumıniya, Bolqarıstan, İtaliya və Sloveniya kimi dövlətlərin limanları ilə əməkdaşlıq edir. Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan bu layihə ilə dünyanın ən qabaqcıl təcrübəsini regionumuza gətirmək və mövcud əməliyyat sistemini təkmilləşdirməklə yenilikləri tətbiq etmək niyyətindəyik. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas vurğulayıb ki, Bakı Limanı Avropa İttifaqının Asiya ilə ticarət zəncirində mühüm yer tutur: “Sevindirici haldır ki, bu ildən etibarən Avropa yükdaşıyıcıları Bakı Limanının müasir informasiya-kommunikasiya sistemləri vasitəsilə onlayn rejimdə yüklərin yerini, üzərlərində aparılan əməliyyat və liman ərazisini tərketmə və qonşu limanlara çatma vaxtını müşahidə edə biləcəklər. Biz Bakı Limanının ən müasir təcrübə və biliklərə yiyələnməsində maraqlıyıq və bu dəstəyimizi davam etdirəcəyik”. Tədbirdə Aİ tərəfindən layihə rəhbəri Edvin Lok və nəqliyyat və logistika üzrə ekspert Daniel Linot təqdimatla çıxış edib. Eyni zamanda iştirakçılara bu il mayın 8-11-də Bakı şəhərində keçiriləcək Dünya Limanlarının Konfransı haqqında təqdimat videosu nümayiş edilib. Qeyd edək ki, 2018-2019-cu illəri əhatə edən proqram çərçivəsində Bakı Limanının əməliyyat, menecment, biznes, insan resursları, əməyin və ətraf mühitin qorunması, ictimaiyyətlə əlaqələr sahəsi üzrə təcrübə mübadiləsi keçiriləcək. Ümumilikdə 5 komponentdən ibarət layihədə liman əməkdaşlarının təlimə və səfər təcrübələrinə cəlb olunması nəzərdə tutulub. Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib ki, Avropa İttifaqı ilə Bakı limanı arasında reallaşdırılanlayihənin dəyəri 1 milyon avrodur. O bildirib ki, layihənin müddəti iki ildir. Bu layihə çərçivəsində Bakı limanına Aİ ciddi dəstək göstərəcək.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info