Bakıdan dünyaya açılan dialoq pəncərəsi
Tarix: 17.03.2018 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Bakı Qlobal Forumunda verilən mesajlar aydındır: dialoqun, birgəyaşayışın, sülhün, Azərbaycanda həyat tərzi olan multikulturalizmin alternativi yoxdur
Üç gündür Bakıda Bakı Qlobal Forumu dünyanın ən nüfuzlu tədbirlərindən birinə çevrilib. Bunu təsdiq edən faktlardan biri toplantıya 50-dən çox ölkənin 500-dək nümayəndəsinin qatılmasıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər Bakıda bir araya gələrək dünyanı narahat edən problemləri müzakirə edir, çıxış yolları təklif edirlər. Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovina hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak ediblər. Göründüyü kimi, Bakı Forumu nümayəndə heyətlərinin tərkibi baxımından çox zəngindir. Qarışıq və konflitlərlə zəngin, dini-etnik münaqişələrin alovlandırıldığı bir dünyada sülhü, dialoqu təbliğ edən, terroru rədd edən, silahı deyil, dəyirmi masa arxasında müzakirəni təklif edən platformaya böyük ehtiyac var. Dünya sancılı bir dövrdən keçir. Yenidən silahlanma yarışının getdiyi birqütblü dünyadan çoxqütblü dünyaya keçid prosesi çoxlu münaqişə ocaqları yaradıb. Terrorizm baş alıb gedir. Müəyyən mərkəzlər qəsdən dini-etnik münaqişələr yaradaraq yaranan vəziyyətdən öz maraqlarını reallaşdırmaq üçün istifadə etməyə çalışırlar. Suriyanın, İraqın, Liviyanın timsalında mülki əhalinin və dövlətlərin əsaslarının necə məhv edildiyini böyük ürəkağırısı ilə izləyirik. Bütün halda silahla, münaqişə ilə problemləri həll etmək mümkün olmayacaq. Yeganə çıxış yolu tərəfləri masa arxasında əyləşdirmək və dialoq aparmaqdır. Bakı Qlobal Forumunun da ideyası və məqsədi dialoqun alternativinin olmadığını bütün dünyaya nümayiş etdirməkdir. İki gün ərzində keçirilən forumda aparılan müzakirələr Bakı Qlobal Forumunun nə qədər böyük əhəmiyyətli müzakirə meydanı olduğunu təsdiqləyir. Bakı növbəti dəfə dünyaya dialoq platforması təklif edir. Forumda keçirilən panel iclaslarında verilən mesajlar aydındır: dialoqun, birgəyaşayışın, sülhün, Azərbaycanda həyat tərzi olan multikulturalizmin alternativi yoxdur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qurulmasının məqsədlərindən biri də beynəlxalq dialoqu inkişaf etdirməkdir. 2012-ci ildə qurulmasına baxmayaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi son altı il ərzində 20 ölkədə tədbirlər keçirib, 100-dən çox dövlət və hökumət başçısını öz sıralarında birləşdirməyə nail olub. Hazırkı və keçmiş dövlət və hökumət başçıları, nüfuzlu siyasi-ictimai xadimlər, politoloqlar Bakı platformasının onlara təqdim etdiyi imkanlardan yararlanaraq dünyada baş verən prosesləri, aktual məsələləri müzakirə edir, çıxış yolları təklif edirlər. Bakı Forumunda çıxış edən Türkiyənin Baş nazir Binəli Yıldırım bu amili nəzərdə tutaraq bildirib ki, Qlobal Bakı Forumu hər il müxtəlif mövzu və devizlə dünyanın aktual problemlərinin müzakirə olunduğu mühüm platforma kimi qəbul edilməyə başlanılıb: “Müzakirə olunan mövzularla bağlı tanınmış və nüfuzlu şəxslərin fikir mübadiləsi aparmaları bölgəmizin və dünyamızın ehtiyac duyduğu geniş üfüqlər açan düşüncələri ortaya qoyur. Forumun builki “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusu getdikcə qütbləşən dünyada əhatəli və sülhsevər cəmiyyətlərin necə qurulması yollarını göstərmək baxımından son dərəcə əhəmiyyətli məsələdir. Hər məsələnin mərkəzində insan amili var. Hamımız gələcək nəsillərə əmin-amanlıq, rifahın olduğu dayanıqlı dünya təqdim etməkdə məsuliyyət daşıyırıq. “İnsanı yaşat ki, dövlət yaşasın, insanı yaşat ki, dünya yaşasın” prinsipinə önəm verməliyik. Buna görə də qlobal sülhün qorunması, dayanıqlı inkişaf, ədalətli bölüşmə, regional rifah və inkişafda uçurumun azaldılması önəmli hədəflərimiz arasında olmalıdır”. Binəli Yıldırım qeyd edib ki, mütləq şəkildə daha güclü regional və qlobal əməkdaşlığa ciddi ehtiyac var. O, Bakı Forumunun bu mənada böyük əhəmiyyətini qeyd edib: “Panel iclaslarında natiqlər, ekspertlər, elm xadimləri “müxtəlifliklər necə ortadan qaldırıla bilər və ölkələr bir-birinə necə yaxınlaşdırıla bilər” mövzularını ətraflı müzakirə edəcəklər. Bunun nail ola biləcəyi ən mühüm amil qarşılıqlı rəğbəti, dostluq əlaqələrini daha çox gücləndirmək və BMT-nin qlobal proseslərdə daha çox etibar artıran quruma çevrilməsidir. Rəqabətin deyil, problemlərin həllini əsas alan BMT islahatlarının artıq vazkeçilməz zərurət olduğu da gün kimi aydındır”. Türkiyə baş nazirinin vurğuladığı dialoq təklifi Bakı Forumunun ana xəttini təşkil edir. Tədbirdə səslənən fikirlər Forumun uğurundan, beynəlxaqq miqyaslı tədbirə çevrilməsindən xəbər verir. İtaliya Prezident Sergio Mattarella Forum iştirakçılarına müraciətində qeyd edib ki, Qlobal Bakı Forumu cəmiyyətlərimizin daha açıq, daha müxtəlif və daha da demokratik olmasını təmin etməklə bağlı konkret təkliflərə və təşəbbüslərə dair dərin müzakirələrə imkan yaradır. İtaliya Prezidenti qeyd edib ki, Qlobal Bakı Forumu qarşılıqlı anlaşmanı, birgəyaşayış və dialoq mədəniyyətini təbliğ edir. BMT-nin baş katib Antonio Quterreş isə müraciətində tədbirdə əsas diqqəti sağlam planetdə hamı üçün daha yaxşı dünyanın qurulması istiqamətində universal və transformativ yol xəritəsi olan 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin əhəmiyyətli bir hissəsinə - inklüziv cəmiyyətlərin yaradılması hədəfinə yönəltməyi alqışlayıb. Göründüyü kimi, Bakı beynəlxalq məsələlərin müzakirə olunduğu mərkəz funksiyasını uğurla yerinə yetirir. Forumla eyni gündə Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin toplantısının keçirilməsi Bakının beynəlxaq nüfuzundan xəbər verir. Digər tərəfdən Forum Azərbaycanın əldə etdiyi uğurları, həyat tərzi olan multukulturalizmi təlbiğ etmək, Azərbaycanın beynəlxalq imicini yüksəltmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Latviyanın sabiq Prezidenti Valdis Zatlersin açıqlaması da bunu təsdiqləyir: “Azərbaycan regionun lideridir və qlobal müzakirələr üçün mühüm platformadır. Bu gün beynəlxalq ictimaiyyət üçün əsas dəyər əməkdaşlıq və qarşılıqlı anlaşmadır. Bakıda keçirilən Qlobal Forumda bu mövzulardan yaranan suallara aydınlıq gətirilir. Forumun iştirakçılarının sayı ildən-ilə artır. Son illərdə Azərbaycana maraq daha da artıb. Bunu elə Heydər Əliyev Beynəlxalq Hava Limanında görmək mümkündür. Aeroportda Azərbaycana çoxlu sayda insanın gəldiyinin şahidi oluruq. Azərbaycan sürətlə inkişaf edib. Burada çox gözəl infrastruktur yaradılıb. Bu uğurların gələcəkdə də şahidi olacağımıza əminəm”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info