Gənclər Novruz bayramını əsgərlərlə birgə qeyd ediblər
Tarix: 17.03.2018 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Tərtər Rayon İcra Hakimiyyəti Gənclər və İdman Nazirliyi ilə birgə N saylı hərbi hissədə bayram tədbiri təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni oxunub.
Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Gənclər və İdman Nazirliyinin gənclərlə iş sektorunun müdiri Əli Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə uğurlar arzulayıblar.
Hərbi hissə komandiri belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını qeyd edib, ordumuzun işğal altındakı torpaqları azad etmək üçün Ali Baş Komandanın əmri ilə müharibəyə hazır olduğunu və düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.
Xidmətdə fərqlənən əsgər və zabitlərə fəxri fərman və qiymətli hədiyyələr verilib. Tərtər Rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov polkovnik Abdulla Qurbaninin müəllifi olduğu “Qəhrəman Tərtərin müdafiəsində” kitabını Gənclər və İdman Nazirliyinin gənclərlə iş sektorunun müdiri Əli Məmmədova təqdim edib.
Tədbir incəsənət xadimlərinin və rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin ifasında geniş konsert proqramı ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info