İstanbul derbisi: “Fənərbağça”-“Qalatasaray” oyununda hesab açılmayıb
Tarix: 18.03.2018 | Saat: 02:32:00 | E-mail | Çapa göndər


Martın 17-də futbol üzrə Türkiyə Super Liqasının 26-cı turunda İstanbul derbisi oynanılıb.
AZƏRTAC xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi qarşılaşmasında “Fənərbağça” komandası əzəli rəqibi - çempionatın lideri “Qalatasaray”ı qəbul edib.
Baş hakim Bülent Yıldırımın idarə etdiyi oyunda hesab açılmasa da, matç bir sıra gərgin anlarla yadda qalıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda futbolçulara beş sarı vərəqə göstərilib.
Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 80-ci dəqiqəsində Şener Özbayraklının ötürməsindən sonra Fernandaonun başla zərbəsi zamanı top qapıdan keçsə də, həmin epizodda baş hakim oyundankənar vəziyyət qeydə alıb. Bundan 9 dəqiqə sonra Maykonun cərimə zərbəsindən vurduğu top qapı dirəyinə dəyib. Beləliklə, oyun heç-heçə başa çatıb və “Fənərbağça” doğma meydanda xal itirib.
Bu görüş cari mövsümdə Super Liqada ən çox tamaşaçının baxdığı qarşılaşmalardan biri olub.
Komandalar arasında cari mövsümdə çempionatda “Türk Telekom” stadionunda keçirilən oyun da 0:0 hesabı ilə başa çatmışdı.
Əzəli rəqiblər bu oyunadək ölkə çempionatında 121 dəfə qarşılaşıblar. Matçların 50-sində “Fənərbağça”, 33-də isə “Qalatasaray” qələbə qazanıb, 38 matç isə heç-heçə yekunlaşıb.
Qeyd edək ki, “Qalatasaray” komandası “Şükrü Saracoğlu” stadionunda 18 ildir qələbə qazana bilmir. “Fənərbağça” 1999-cu ilin dekabrından öz meydanında oynadığı 21 qarşılaşmada “Qalatasaray”a məğlub olmayıb.
Superliqada 26 turdan sonra “Qalatasaray” çempionatda liderliyini qoruyur. Bu komandanın aktivində 54 xal var. “Fənərbağça” 48 xalla dördüncü sırada qərarlaşıb.
Martın 18-də çempionatda 50 xalla üçüncü sıradakı “Başakşehir” komandası eyni xala malik olan və ikinci yerdəki “Beşiktaş”ı qəbul edəcək. Meydan sahibləri “Beşiktaş”ı məğlub edəcəkləri təqdirdə bir pillə irəliləyərək rəqibini qabaqlayacaqlar.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info