Rusiya rəsmisindən xəbərdarlıq..?
Tarix: 18.03.2018 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


“Ukraynanı öz sıralrina qəbul edəcəyi təqdirdə Avropa İttifaqı dağılmaq riski ilə üz-üzə qala bilər”. Bu sözləri Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov Ukrayna prezidenti Petro Poroşenkonun ölkəsinin tezliklə Avropa İttifaqı ailəsinə qoşulması ilə bağlı verdiyi bəyanatdan sonra bildirib. Qeyd edək ki, bir müddət bundan əvvəl Poroşenko ölkəsinin Avropa İttifaqına üzvlüyünü elan edərkən, " bunun üçün “onillikərin yox, bir ilin kifayət edəcəyini” bildirmişdi.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna NATO-da "aspirant-ölkə” statusu qazanıb.
NATO-nun bu addımını təqdir edən Ukrayna Radasının vitse-spikeri İrina Qeraşenko bunu ölkəsinin “addım-addım alyansın tam üzvlüyə yaxınlaşması” kimi dəyərləndirib.
Öz növbəsində Şimali Atlantika Alyansının mətbuat xidmətindən verilən məlumata görə, “bu gün Ukraynayadan əlavə daha üç tərəfdaş ölkə -Bosniya və Herseqovina, Gürcüstan və Makedoniya da NATO-ya qoşulmaq arzusunu elan ediblər. Bununla yanaşı, alyans rəsmisi hərbi-siyasi blokun genişləndirilməsinin digər dövlətlərə təhlükə yaratmadığını, bunun, sadəcə olaraq, Avropanın birləşdirilməsinə, sabitlik, azadlıq və demokratiyanın təmin edilməsinə hesablandığını bildirib.
Bu arada Poroşenko da alyansın qərarını alqışlayıb. O, özünün şəxsi “Facebook” səhifəsində NATO-nün ölkəsinə verdiyi dəyərə görə, alyans rəsmilərinə minnətdarlıq nümayiş etdirib.
Qeyd edilməlidir ki, hələ ötən ay Ukraynanın xarici işlər naziri Pavel Klimkin bugünkü Ukraynanın nə AB, yə də NATO-ya üzvü olma şansının olmadığını və yaxın gələcəkdə məhz dostların köməyi ilə buna mütləq nail olacaqlarını bildirmişdi.
Xatırlatmaq yerinə düşər ki, bugünkü Ukraynanın daxili siyasəti də ölkənin Avropa İttifaqına qoşulmasına manelər törədir.
Belə ki, bir müddət bundan əvvəl Ukrayna hökumətini millətçi ideyaları tətbiq etməkdə günahlandıran Macarıstanın xarici işlər naziri Peter Siyarto, ölkədəki azlıqların öz ana dilinin öyrənilməsinin qarşısının alındığını və öz dilini danışmağa qadağa qoyulduğunu əsas kimi göstərmişdi.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info