“Bir çox dövlətlər öz tarixindən bədnam niyyətlərinə çatmaq üçün istifadə edir”
Tarix: 31.05.2013 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


“Bir çox dövlətlər öz tarixindən bədnam niyyətlərinə çatmaq üçün istifadə edir. Bu mənzərə bizim regionda da müşahidə olunur. Tarixi məqamlar təxribat məqsədilə istifadə olunur. Bu üzdən sivilizasiyaların dialoqu çox vacibdir”.
Bunu təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun “Tarixin tədrisi vasitəsilə mədəniyyətlərarası dialoq: ən yaxşı təcrübə və çağırışlar” panelində çıxış edərkən bildirib. M.Cabbarov qeyd edib ki, millətçilik münaqişələrdə öz əksini tapır: “Azərbaycan da münaqişə qurbanı olan ölkədir. Hamıya məlumdur ki, bu gün Azərbaycan ərazisinin 20%-i Ermənistanın işğalı altındadır”. Təhsil naziri çıxışında “Birləşmək aləti kimi nədən istifadə edə bilərik?” sualına da cavab axtarıb: “Bu cür suallara cavab operativ müdaxilə tələb edir. Təəssüf ki, hələ də tarixə yanlış yanaşmalar mövcuddur. Bunlar isə konfrontasiya proseslərini dərinləşdirir. Mədəniyyətlərarası dialoq isə qarşılıqlı hörmətə əsaslanır”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info