Optimal şirkəti 60-cı mağazasını açdı
Tarix: 19.03.2018 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Ölkənin aparıcı şirkətlərindən olan Optimal yeni mağazasını açıb. Bununla bağlı şirkət Nizami küçəsində yeni, ən böyük mağazalarından birinin təntənəli açılış mərasimini keçirib.1000 kv. m sahəyə malik olan Optimal Nizami filialında geniş çeşiddə mobil telefon, televizor, digər elektronika məhsulları ilə yanaşı məişət avadanlıqları da mövcuddur. Çox sərfəli kredit şərtləri və münasib qiymətlərlə məhsul ala biləcəyiniz Optimal Nizami filialında açılış günü məbləğindən asılı olmayaraq alış-veriş edən bütün müştərilərə hədiyyələr təqdim edilib. Hal-hazırda mart ayının 31-dək Optimalda xüsusi Novruz Kampaniyası qüvvədədir. Bütün mağazalarda olduğu kimi Nizami filialında da Novruz kampaniyası keçərlidir. Bu kampaniyaya əsasən müştərilər nağd alış zamanı həm endirim, həm də hədiyyə qazana, kreditlə isə 12 aylıq ilkin ödənişsiz, faizsiz, komissiyasız şərtlərdən yararlana bilərlər.
17 mart tarixinə təsadüf edən açılışda Optimal Şirkətinin əməkdaşları, partnyor şirkətlər, sənət və media aləminin dəyərli nümayəndələri iştirak edib. Qırmızı lent kəsildikdən sonra qonaqlarla birlikdə mağazaya daxil olan şirkət rəhbəri Əhəd Əsgərov “Məqsədimiz azərbaycanlıların qürur duyacağı bir şirkət olmaqdır” deyərək şirkətin 20 illik təcrübəsindən və gələcək perspektivlərindən bəhs edib. Açılış zamanı maraqlı proqramla davam edən tədbirdə Anar Şuşalının “Optimal” mahnısını ifa etməsi ilə yanaşı, milli rəqs göstərisi açılış mərasiminə ayrıca rəng qatdı. Xatırladaq kı, 60-ci mağazasını açan “Optimal Elektronika” Şirkəti 1997-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda Optimal Azərbaycanın ən böyük məişət texnikası,elektronika və mebel satanmağazalar şəbəkəsindən biridir. Bakıda 29, bölgələrdə isə 31 mağazası ilə müştərilərə xidmət göstərən Optimal Bosch, Samsung, Vestel, Sony, Carrier, Simfer, Karcher, Singerkimi dünya brendləri ilə əməkdaşlıq etməklə yanaşı, öz müştərilərinə yüksək servis xidmətini də həyata keçirir. Optimal Şirkəti bütün məhsullarına 3 ilədək zəmanət, pulsuz çatdırılma və quraşdırılma təklif edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info