Bilik Fondu Qəbələnin Nic qəsəbəsində dəyirmi masa keçirib
Tarix: 19.03.2018 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Prezident yanında Bilik Fondu Qəbələ rayonun Nic qəsəbəsindəki Alban-udi xristian icmasının icma mərkəzində qəsəbə icra nümayəndəliyinin, bələdiyyə və icma üzvlərinin iştirakı ilə Novruz bayramına həsr olunmuş dəyirmi masa keçirib. Bilik Fondunun mətbuat xidmətindən “Palitra”ya bildiriblər ki, tədbirdə fondun qəsəbədə təşkil etdiyi "Azərbaycan dilini öyrənirik" kursunun müəllimi, araşdırmaçı filoloq Şahid İslamovun "Udi və azərbaycanlıların milli adət-ənənələrində paralellər və Novruzun qarşılanması ənənələri" mövzusunda mühazirəsi dinlənilib. Sonra qəsəbədə yaşayan azərbaycanlı, udi və ləzgilərin təmsilçiləri çıxış ediblər, ölkəmizdə milli azlıqların adət-ənənələrinin qorunub saxlandığını, dövlətimizin qayğısı sayəsində daha da zənginləşdiyini faktlarla diqqətə çatdırıblar. Qəsəbədəki müqəddəs Yelisey kilsəsinin keşişi bildirb ki, Rafiq Danakari Novruz mərasimlərinin sovet dövründə qadağan edilsə də, hər ailədə gizlicə keçirilirdi. Nic qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Vitali Köçəri kilsənin fəaliyyət göstərdiyi 16 il ərzində bu məkana ilk dəfə səmənilər gətirildiyini qeyd edərək, multikultural tədbirin təşkilatçılığına vğ məzmunlu məruzəsinə görə Ş.İslamova qəsəbə sakinləri adından təşəkkürünü bildirib. Tədbirdə Bilik Fondunun "Azərbaycan dilini öyrənirik" kursunun müdavimi Sevan Makarov udi şairi Aşot Udinoğlunun "Mənim baharım" şeirini Azərbaycan dilində söyləyib və bu ifa dinləyicilərin böyük marağına səbəb olub. Bununla yanaşı, Éhməd Məmmədli özünün "Novruz gəlir" şeirini söyləyib. Milliyətcə ləzgi olan Evəz Məmmədov isə ədbirdə 12 Novruz adəti və ilaxır çərşənbələrin mahiyyəti haqqında danışıb. Qəsəbə sakini Valod Gülmalov Bilik Fondunun təşkilatçılığı ilə Qəbələdə müxtəlif məzmunlu maarifçilik tədbirləri keçirildiyini xatırladaraq, qurumun pasxa bayramı ərəfəsində daha bir məzmunlu görüşün gerçəkləşməsinə dəstək verməsini xahiş edib. Sonda iştirakçılar kilsəyə daxil olaraq, Azərbaycanın işıqlı gələcəyi naminə xoş niyyət və diləklərlə bayram şamları yandırıb, Novruz şirniyyatı süfrəsi ətrafında söhbət ediblər.




 
Bölməyə aid digər xəbərlər
19.07.2018
“Azərbaycançılıq ideologiyası məktəblərdən təbliğ olunmalıdır”
19.07.2018
Suraxanıda müsabiqə qalibləri mükafatlandırılıblar
19.07.2018
Tarix İnstitutunda soyqırımları ilə bağlı beynəlxalq mərkəz işə başlayıb
19.07.2018
PRM-nin məzunu Türkiyədə peşə reabilitasiyası dərnəyində öz peşəsini öyrədir
19.07.2018
DQİDK-də 6 ayın yekunlarına həsr olunan kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9666

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info