“Qərb və Şərq ölkələrinin mədəniyyət sahəsində daha geniş əlaqələrinə ehtiyac var”
Tarix: 31.05.2013 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


“Qərb və Şərq ölkələrinin mədəniyyət sahəsində daha geniş əlaqələrinə ehtiyac duyulur”. Bunu Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanov II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Çoxmədəniyyətli Dünyada Sülh Şəraitində Birgə Yaşama" mövzusunda panel iclasda çıxışı zamanı deyib. Sabiq dövlət başçısı deyib ki, ünsiyyət strategiyası effektlidir: "Biz mədəni dəhlizləri Şərqə doğru dərinləşdirməliyik. Bunun üçün mütəxəssis şəbəkələri yaradılmalı və onlar əlaqələndirici rol oynamalıdırlar".
G.Pırvanov çıxışında qeyd edib ki, Bakıda keçirilən forum artıq mühüm platformaya çevrilir. O qeyd edib ki, müxtəlif regionların təbii sərvətləri onları ayırmır, birləşdirməni nümayiş etdirir.
Keçmiş dövlət başçısı forumdan sonra artıq konktret addımlara başlamaq təklifi ilə çıxış edib. Bu xüsusda o, məhv olunan mədəniyyət nümunələrinin mühafizəsi, beynəlxalq mütəxəssis şəbəkəsinin formalaşdırılmasını qeyd edib. Onun sözlərinə görə, şəbəkənin yaranması ölkələr arasında əlaqələrin möhkəmlənməsinə yardım edəcək.
Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç çıxışında mədəni müxtəlifliyin qorunmasının vacibliyindən danışıb. Mesiç vurğulayıb ki, bəzi problemlər hələ qalsa da, ümumən Balkanlarda xalqlar arasındakı ziddiyyətlər aradan qalxıb. O, həmçinin vurğulayıb ki, Şərqi Avropa ölkələri digər Qərb ölkələrinə bir sıra töhfələr verə bilər.
UNESCO-nun baş direktoru İrina Bokova yaradılan bu imkana görə Azərbaycan Prezidentinə və ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək böyük fəxrdir. Azərbaycan mədəniyyət mərkəzinə çevrilib. İçərişəhər artıq UNESCO-nun "Dünya irsi siyahısı"na daxildir, Novruz bayramı muğam kimi "Qeyri-maddi mədəni irs siyahısı"na daxil edilib. Onun sözlərinə görə, indiki mürəkkəb münaqişələr və böhranlar şəraitində həm ölkələr arasında, həm də ölkə daxilində mədəni müxtəlifliyin inkişafının yeni imkanlarının açılması çox vacibdir: "UNESCO üçün sülh təkcə iqtisadi və siyasi fəaliyyətlərin köməyi ilə deyil, həm də intellektual səviyyədə əldə edilir. Dialoqun yeni formalarına ehtiyac var və buna görə də 2013-2022-ci illər Mədəniyyətlərin Yaxınlaşmasının Beynəlxalq Dekadası elan edilib". O, çıxışında diqqəti mədəniyyət nümunələrinin qorunmasına yönəldərək vurğulayıb ki, dağıdılmış mədəniyyət abidələrini görəndə insan əzab çəkir, çünki bunlar tək o xalqa aid deyil, bütün bəşəriyyətə məxsusdur. Çıxışında xanım Bokova dünyada həyata keçirilən mədəni proqramların əhəmiyyətindən danışıb. UNESCO-nun baş direktoru ilk növbədə gənc insanları görülən bütün işlərə cəlb etməyin vacibliyini qeyd edib: "Gəncləri debatlara cəlb etməliyik və işlərin çoxunu onların öhdəsinə buraxmalıyıq ki, onlar bu irsin qorunmasında iştirak etsinlər, bu irsi irəli aparsınlar".




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info