OPEC+ konfransının Bakıda keçirilməsi təklif edilib
Tarix: 20.03.2018 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Məhəmməd Barkindo: “Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin əldə etdiyi razılaşmalarda çox əhəmiyyətli rolu olan ölkədir”

"Biz çox şadıq ki, sülh və əmin-amanlığın, inkişafın olduğu ölkəyə səfər etmişik”. Bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo energetika naziri Pərviz Şahbazovla görüşdən sonra deyib. Onun sözlərinə görə, Azərbaycan OPEC və qeyri-OPEC ölkələrinin əldə etdiyi razılılaşmalarda çox əhəmiyyətli rolu olan ölkədir: “ OPEC-ə üzv və qeyri-üzv dövlətlərin görüşlərindən birinin Bakıda keçirilməsi ilə bağlı təklifə görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. Biz Azərbaycanla neft bazarının balanslaşdırılması çərçivəsində münasibətlərimizi necə inkişaf etdirə biləcəyimizin yollarını axtarırıq. Biz yalnız Azərbaycanla deyil, OPEC və qeyri-OPEC ölkələri ilə də gələcəkdə sabitlik üçün əməkdaşlığı müzakirə etdik. Hazırda hasilatın balanslaşdırılması üçün hansı yollardan istifadə edə bilərik, hansı işləri görə bilərik. Bunun üçün yollar axtarırıq. Biz 2018-ci ildə də bütün ölkələrin üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinə çalışacağıq. İstərdik ki, əvvəlki ildə hasilatın azaldılması ilə bağlı ölkələrin üzərinə götürdüyü öhdəlik 2018-ci ildə də davamlı olaraq tam şəkildə yerinə yetirilsin”. OPEC-in baş katibi qeyd edib ki, bu ilin iyun və noyabr aylarında neft bazarında cari vəziyyəti müzakirə etmək üçün OPEC və qeyri-OPEC ölkələrinin nazirlər səviyyəsində görüşü keçiriləcək. Energetika naziri Pərviz Şahbazov deyib ki, hazırda Azərbaycan ilə OPEC arasında sıx əməkdaşlıq var. Onun sözlərinə görə, bu əməkdaşlıq "OPEC+" formatında həyata keçirilir: "Bu təşəbbüs 2016-cı ilin sonundan başlayıb: “Bu təşəbbüsün əsas məqsədi dünyada beynəlxalq neft qiymətlərinin qeyri-sabit olması, neftin qiymətinin aşağı düşməsinin qarşısını almaq idi. Bu əməkdaşlıq çərçivəsində ötən dövr ərzində neftin qiymətinin müəyyən qədər yuxarı qalxması və ən əsası onun sabitləşməsi, eyni zamanda neft bazarının tarazlaşmasına nail olunub. Bütün bu nailiyyətlər dünyada baş verən iqtisadi proseslərin daha sabit formada həyata keçirilməsi, ölkələrin iqtisadi vəziyyətinin sabitləşməsinə xidmət edib". P.Şahbazov vurğulayıb ki, Məhəmməd Barkindo ilə görüşdə bu təşəbbüsün gələcəkdə də davam etdirilməsi məsələsi müzakirə edilib: "Görüşdə bu təşəbbüsün daim qüvvədə qalması üçün müəyyən platformaların yaradılması və bu istiqamətdə digər ölkələrlə məsləhətləşmələrin aparılması və lazımı qərarların verilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb".
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info