Azərbaycan Boccia İdman Federasiyasının təqdimatı olub
Tarix: 20.03.2018 | Saat: 04:59:00 | E-mail | Çapa göndər


Martın 19-da Milli Olimpiya Komitəsinin inzibati binasında yeni yaradılmış Azərbaycan Boccia İdman Federasiyasının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin sədri İlqar Rəhimov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan söz açıb. Azərbaycan paralimpiyaçılarının dünya miqyaslı yarışlarda uğurla çıxış etdiklərini vurğulayan İ.Rəhimov diqqətə çatdırıb ki, ölkəmizdə boccia idmanının yaradılması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşıb.
Mərasimdə İ.Rəhimovun təklifi ilə Vüqar Əsgərov Azərbaycan Boccia İdman Federasiyasının vitse-prezidenti seçilib. Boccia idmanı üzrə baş məşqçi vəzifəsində çalışmış İlham Məhərrəmov isə baş katib vəzifəsinə təyin edilib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxışında Azərbaycan Boccia İdman Federasiyasının yaradılmasının əhəmiyyətini qeyd edib və ona uğurlar arzulayıb. Nazir müavini yeni federasiyanın yaradılmasının ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının göstəricisi olduğunu bildirib.
Qeyd edək ki, 1984-cu ildə Paralimpiya Oyunlarının proqramına daxil edilən boccia 34 il ərzində 50 ölkədə inkişaf etdirilərək sürətlə məşhurlaşıb. Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən 2013-cu ildən ölkəmizdə boccia idman növünün təbliğinə başlanılıb və bu idman növü üzrə milli komanda yaradılıb. Azərbaycan idmanı üçün yenilik olan bu idman növündə ağır kateqoriyalı əlillik dərəcəsi olan uşaqlar, gənclər və yaşlılar güclərini sınaya bilərlər.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Futbol üzrə Əlcəzair millisi Afrika Millətlər Kubokunun qalibi olub
19.07.2019
“Çelsi“nin Lempardla ilk məğlubiyyəti
19.07.2019
“Barselona“ yeni transferini icarəyə göndərdi
19.07.2019
Lukakunun alternativini tapdı
19.07.2019
Avropa Liqasında 43 oyun keçirilib, “Reyncers” “Neftçi”yə şərik olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info