Şəhriyar səkkizinci turda yarım xalla kifayətlənməli olub
Tarix: 20.03.2018 | Saat: 05:01:00 | E-mail | Çapa göndər


Martın 19-da Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirində ikinci dövrəyə start verilib.
AZƏRTAC xəbər verir ki, turnirin səkkizinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakin ilə üz-üzə gəlib. Şahmatçılar 30-cu gedişdə sülh bağlayıblar və hərəyə 0,5 xalla kifayətlənməli olublar. Bu oyundan sonra Azərbaycan şahmatçısı xallarının sayını 5-ə çatdırıb.
Tur çərçivəsində bir görüş istisna olmaqla bütün qarşılaşmalar heç-heçə başa çatıb. ABŞ təmsilçisi Uesli So həmyerlisi, turnirin lideri Fabiano Karuana ilə xalları yarı bölüb. Din Lijen (Çin) - Levon Aronyan (Ermənistan) qarşılaşmasında da qalib müəyyənləşməyib.
Günün sonuncu başa çatan qarşılaşması Rusiya təmsilçiləri Aleksandr Qrişuk ilə Vladimir Kramnik arasındakı oynanılıb. Gərgin keçən partiyanın 91-ci dəqiqəsində A.Qrişuk şahmat taxtasından qalib ayrılıb.
Beləliklə, 8 turdan sonra Fabiano Karuana turnirdə liderliyini davam etdirir. Onun 5,5 xalı var. Liderdən yarım xal geri qalan Şəhriyar Məmmədyarov ikinci pillədəki mövqeyini qoruyub. A.Qrişuk səkkizinci turda qələbə sayəsində xallarının sayını 4,5-ə çatdıraraq üçüncü pilləyə yüksəlib.
İddiaçılar turnirinə martın 28-də yekun vurulacaq. Turnirin mükafat fondu 420 min avrodur.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info