Novruz bayramı münasibətilə Füzulidə el şənliyi təşkil olunub
Tarix: 20.03.2018 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Xalqımızın milli bayramı olan Novruz cəbhə bölgəsində yerləşən Füzuli rayonunda el şənliyi kimi geniş qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirinin keçirildiyi Horadiz şəhərindəki Olimpiya idman kompleksində xonçalar və səmənilər düzülüb, Novruz adətləri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib.
Dədə Qorqud və Bahar qızının gəlişi ilə başlayan bayram tədbirində Novruz tonqalı qalanıb. Mərasimdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev füzulililəri bayram münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik, bol ruzi və əmin-amanlıq arzulayıb.
Bayram şənliyində Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri rəqs edib, uşaqlar yumurta döyüşdürüblər. İdmançıların çıxışları, Kosa və Keçəlin zarafatları, rayonun musiqiçilərinin rəngarəng konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırıb.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info