UNESCO ilə saziş imzalanıb
Tarix: 31.05.2013 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Azərbaycan və UNESCO arasında Qeyri-Maddi Mədəni İrsin Mühafizəsinə dair Hökumətlərarası Komitənin 10-cu sessiyasının keçirilməsi barədə saziş imzalanıb. Sazişi UNESCO tərəfindən təşkilatın baş direktoru İrina Bokova, Azərbaycan tərəfindən isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev imzalayıb. Qeyd edək ki, komitənin 8-ci sessiyası dekabrda Bakıda keçiriləcək. İmzalanma mərasimində Ə.Qarayev deyib ki, Azərbaycan UNESCO ilə daim yaxından əməkdaşlıq edir və təşkilatın ölkədəki fəaliyyəti Azərbaycan cəmiyyətinin diqqət mərkəzindədir. Eyni zamanda, nazir Azərbaycan mədəni irsinə göstərdiyi diqqətə görə UNESCO rəhbərliyinə təşəkkürünü bildirib. Ə.Qarayev komitənin 10-cu sessiyasının keçirilməsini Azərbaycana həvalə və etibar etdiyinə görə UNESCO rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan bu sessiyaya çox ciddi şəkildə hazırlaşacaq və sessiyanın yüksək səviyyədə keçirilməsini təmin edəcək.
Xanım İrina Bokova Komitənin 10-cu sessiyasının keçirilməsinə razılıq verdiyinə görə, Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib. O qeyd edib ki, UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq bundan sonra da yüksək səviyyədə davam edəcək və daha da genişlənəcək. Bokova onu da əlavə edib ki, rəhbərlik etdiyi təşkilat bundan sonra da Azərbaycana öz dəstəyini davam etdirəcək.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info