Təhsilli cəmiyyət siyasi mübarizənin “söyüş müstəvisinə” endirilməsini qəbul edə bilməz
Tarix: 23.03.2018 | Saat: 17:15:00 | E-mail | Çapa göndər



Son günlər xarici ölkələrdə, əsasən də Avropada mühacir həyatı sürən bir neçə azərbaycanlının sosial şəbəkələri söyüş, təhqir meydanına çevirmələrinin şahidi oluruq.
Sual olunur, bu adamlar özünü müasir sivilizasiyanın əsas dayağı hesab edən Avropanın düz mərkəzində cəmləşdikləri halda, necə olur ki, dialoqun ən aşağı səviyyəsi hesab edilən söyüş leksikonundan daha çox istifadə edirlər? Leanordo da Vinçi, Motsart, Bethoven, Hegel, Pol Sartr, Şiller kimi, dünya mədəniyyət və elminə yüzlərlə dahilər bəxş etmiş bir məkanda sonradan məskunlaşan, lakin söyüş dili ilə aşağı səviyyə nümayiş etdirən o adamları bu dahilərin soydaşları qəbul edə bilərlərmi? Əlbəttə ki, yox, çünki Avropada siyasi mübarizə fərqli platformadadır və söyüş müstəvisində aparılmır. “Bizimkilər” Avropa səviyyəsini bilə-bilə bu yolu seçiblərsə, deməli, hansısa qüvvələr bunları yönləndirərək, azərbaycanlıların mədəni səviyyəsinin aşağı olmasını dünyaya sübut etməyə çalışırlar. Bu qüvvələrin içərisində erməni lobbisinin, antiazərbaycan dairələrin olmasına şübhəmiz yoxdur. Xaricdəki bir qrup azərbaycanlı mühacirin söyüşlərini erməni lobbisi toplayacaq və bir hesabat hazırlayıb Avropa siyasi dairələrinə təqdim edib deyəcək:- Buyurun,azərbaycanlıların səviyyəsi budur, biz ermənilər bu səviyyədə olan insanlarla necə bir yerdə yaşaya bilərik? Ona görə də, sosial şəbəkəni söyüş arenasına çevirənlər, iyrənc karikaturalar paylaşanlar elə bilməsinlər ki,Azərbaycan xalqına xidmət edirlər... Bu adamlar sivil siyasi mübarizə müstəvisinə nə qədər tez qatılsalar, bir o qədər də ümumi işimizin xeyirinə olar. İkincisi isə, onlar heç də hesab etməsinlər ki, “söyüş siyasəti” Azərbaycan cəmiyyəti tərəfindən müsbət qəbul edilir. Azərbaycan savadsız və cahillərin üstünlük təşkil etdiyi hansısa Afrika ölkəsi deyil. Bu məmləkətdə əhalinin təhsilalma səviyyəsi demək olar ki, 100 faizdir. Təhsilli cəmiyyəti isə nə qədər çalışsalar da “söyüş müstəvisinə” endirə bilməyəcəklər və bu cür siyasi mübarizə forması onların özlərinin əleyhinə işləyəcək. Mən inanmıram ki, Şah İsmayılın nəvələri olan indiki azərbaycanlılar xaricdə oturub, əxlaqi dəyərlərə zidd olan leksikondan istifadə edən bu şəxslərə etimad göstərələr... Deyirlər ki, müxalifətik, olsun, heç olmasa vaxtilə xaricdə yaşayan Ə.Topçubaşovdan, M. Rəsulzadədən nümunə götürün. Açın onların yazılarını oxuyun, görün, birində bir cümlə də olsa belə, söyüş tapa bilərsiniz? Əgər indiki “mühacirlərin” C.Hacıbəylinin, Ə.Topçubaşovun , M.Rəsulzadənin irsindən xəbərləri olsaydı, belə siyasi mübarizə yolu seçməzdilər...
Namiq Əliyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info