Oyundan razı, nəticədən isə narazı qaldım
Tarix: 24.03.2018 | Saat: 05:34:00 | E-mail | Çapa göndər


Məğlub olmaq istəməzdik. Amma məğlubiyyətlə nə qədər tez tanış olsaq, səhvlərimizi bir o qədər tez görərik. Oyundan razı, nəticədən isə narazı qaldım.
AZƏRTAC xəbər verir ki, bu sözləri martın 23-də futbol üzrə Belarus yığması ilə Bakı Olimpiya Stadionunda yoldaşlıq oyunu keçirən Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Q.Qurbanov deyib: “Təkbətək mübarizələrdə bir qədər möhkəm olmalıyıq. Qarşıdakı oyunlar bundan da ağır olacaq. Rəqiblərimiz müdafiədən oynayıb, əks-hücumlar qurmağa çalışacaqlar. Buna hazır olmalıyıq. Bəzi ev tapşırıqlarını reallaşdırmağa çalışdıq. Ancaq hamısını göstərməyə ehtiyac duymadıq. Rəsmi oyunlara qədər bunu daha yaxşı etməyə çalışacağıq. Milli komandada debüt edənlərdən razı qaldım. Bəzilərinin yaşı 30-31-ə çatsa da, ilk dəfə idi yığmanın formasını geyinirdi”.
Belarus yığmasının baş məşqçisi İqor Kriyuşenko isə bildirib: “Komanda uzun müddət idi rəhbərliyim altında qələbə qazana bilmirdi. Buna görə də, qalib gəlməyimiz çox vacib idi. Oyun zamanı topu özümüzdə daha çox saxlamağa çalışdıq. Bu, ilk dəqiqələrdə alındı. Ancaq sonradan arzuladığım oyunu görə bilmədim. Rəqib təzyiqi artırsa da, müdafiədə boşluqlar verdi və biz də bundan istifadə etməyə çalışdıq. Bəzən istəyimizə çatdıq, bəzi epizodlarda isə alınmadı. Millimizin hazırki heyətində yer alan oyunçuların əksəriyyəti Belarus çempionatında çıxış edir. Lakin bizdə çempionat hələ başlamayıb və oyunçuların çoxu formada deyil. Azərbaycanda isə əksinə, çempionat davam edir və oyunçular yaxşı formadadırlar”.
Qeyd edək ki, Azərbaycan-Belarus oyunu 1:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info