Sən demə, Misir piramidalarını ermənilər tikiblər
Tarix: 24.03.2018 | Saat: 17:32:00 | E-mail | Çapa göndər



Tanınmış ukraynalı jurnalist və teleaparıcı Dmitri Qordonun "112 Ukrayna" telekanalına verdiyi müsahibəsində, 1999-cu il oktyabrın 27-də Ermənistan Parlamentində baş verən terror aktı mövzusuna toxunması ermənilərdə qıcıq dogurub. Ukraynanı “qullar ölkəsi”, bu ölkədə yaşananları sirkə bənzədən “ArmenianReport” saytı Qordonun Ermənistan barədə boş-boş danışmasına reaksiya verməyi özünə “mənəvi borc” bilib.
Bir müddət bundan əvvəl rusiyalı teleaparıcı İqor Prokopenkonun aparıcısı oldugu “Hərbi sirr” verlişində erməni xalqının necə “böyük xalq” oldugunu sarkazmla tamaşaçılarına çatdırdığını yaxşı xatırlayıram. Sən demə, Misir piramidalarını ermənilər tikiblər, Böyük Britaniyanı da, məhz ermənilər kəşf edərək oranın ilk sakinləri olublar. Hətta. qədim vikinqlərin də kökü ermənilərdən gəlirmiş. Bir daha xatırladım ki, bunlar mənim uydurmam deyil, bunlar İqor Prokopenkonun ironiya ilə tamaşaçılarına çatdırdığıdır və mən bunun ermənilərə qarşı gülüş mənbəyi dogurmayacağına da inanmıram.
Bu bir faktdır ki, ermənilər başqa xalqlara mənsub olsa da belə. onlara sərf edən hər şeyi əxz etməkdə, dəqiq desək, oğurlamaqda pərgardırlar. Onların üzdəniraq tarixçilərinin, yaxud tarix elmindən siyasi məqsədlə istifadə edən ernənilərin “əsərlərinə” diqqət yetirdikdə başqa xalqların, ən çox da bizim xalqımızın yaratdığı zəngin maddi və mənəvi mədəniyyətini təhrif edərək öz adlarına çıxdıqlarına rast gəlirik.
Nə isə, əvvələ qayıdaq. Ukraynalı jurnalisti Ermənistandakı niyə məhz mənfilikləri xatırlamaqda ittiham edən erməni saytı onu təhqir etməkdən belə cəkinmir. “Qullar ölkəsi”nin sakinini öz ölkəsinin tarixini xatırlamağa cağırır. Nəhayət, qəribə də səslənsə, Ukraynanın ələbaxım, Amerika kuratorları tərəfindən dizi üstə çökdürülmüş bir ölkə oldugunu Qordona xatıladır: “Ermənistanın böyük bir imperiya olanda, heç bir Ukrayna, heç bir süni şəkildə yaradılan xalq və dölət olmayıb”. İnanın ki, erməni saytında yer alan bu fikirlər heç bir təhrifə məruz qalmayıb. Oxucuya necə var, elə də çatdırılır.
Sayt daha sonra “qullar ölkəsi”ni ermənilərin “böyük xalq” oldugunu tanımamaqda ittiham edir: “Onlar (ukraynalılar) dünyanı özlərinə güldürmək üçün mif qururlar. Onlar bunun gülünc olduğunu hələ də başa düşmürlər…”. Bunları da sayt yazır. Necə deyərlər, heç bir şərhə ehtiyac yoxdur: “kor-kora...”

Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info