Azərbaycanda “Yer saatı 2018” ekoloji kampaniyası keçirilib
Tarix: 25.03.2018 | Saat: 04:39:00 | E-mail | Çapa göndər


Bakıda “Yer saatı 2018” beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir kampaniyanın Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyi, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin (WWF Azərbaycan) birgə təşkilatçılığı ilə keçirilib.
Aksiya iştirakçıları Dənizkənarı Milli Parkda toplaşaraq şəhərin mərkəzi hissəsində yerləşən böyük binaların fasad işıqlarının bir saatlıq söndürülməsi prosesini müşahidə ediblər. Gənclər simvolik “qırmızı düymə”yə basaraq birgə aksiyaya start veriblər. Daha sonra onlar rəmzi gerisayımda kampaniyanın simvolu olan “60+” yazısının şamlarla işıqlandırılmasında və velosiped yürüşündə iştirak ediblər.
Dörd yüz nəfərə yaxın gəncin qoşulduğu “Yer saatı 2018” aksiyası zamanı əyləncəli fləşmoblar, məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun rəqsləri, hədiyyəli müsabiqələr, tədbir müddətində fasiləsiz musiqi və digər sürprizlər gənclərin böyük marağına səbəb olub.
“Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində sadəcə işiqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası 2017-ci ildə 187 ölkə tərəfindən qeyd edilib. Kampaniya ətraf mühitlə bağlı bir sıra konkret nəticələrə, o cümlədən sosial şəbəkələrdə qlobal maarifləndirmənin artırılması və insanların ətraf mühit fəallarına çevrilməsinə gətirib çıxarıb. IDEA İctimai Birliyi tərəfindən ötən il 10 illiyi qeyd edilən “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə təşkil edilən genişmiqyaslı aksiyaya 300 nəfərdən çox gənc qoşulub.
Beynəlxalq “Yer saatı 2018” kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi qismində çıxış edən IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı” kampaniyasına qoşulduğuna görə Heydər Əliyev Fonduna, Heydər Əliyev Mərkəzinə, Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Hökumət Evinə, “Hilton Baku”, “JW Marriott Absheron”, “Bulvar”, “Intourist” otellərinə, “Park Bulvar” ticarət mərkəzinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Dənizkənarı Bulvar İdarəsinə, Bakı Olimpiya Stadionuna, “Baku Crystall Hall”a, Milli Gimnastika Arenasına, bütün regionlar üzrə “ASAN xidmət” mərkəzlərinə, ADA Universitetinə və “Alov qüllələri” kompleksinə minnətdarlığını bildirir.
İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi hər kəsi bu problemin həllinə töhfə verməyə, enerjiyə qənaət etməklə israfçılığa yol verməməyə çağırır.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info