Miqrasiya Xidməti: “2017-ci ildə Ermənistandan Rusiyaya 230 min miqrant köçüb“
Tarix: 25.03.2018 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


İlk olaraq ermənilərin özləri barədə yazdıqlarına müraciət edəcəm: belə ki, erməni tarixçisi Qevorq Aslanin 1914-cü ildə "Ermənistan və ermənilər" kitabında yazıb: "Ermənilərin dövlətçiliyi olmamışdır. Ona görə də onlarda vətən hissi yoxdur. Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə əlaqələndirilir. Bir dövlət kimi heç bir zaman mövcud olmamış xəyali "böyük Ermənistan" yaratmaq ideyası dünyanın bütün haylarını birləşdirmək yolunda ümummilli konsepsiyadır".
Təbii ki, bu erməni etirafı olsa da fakt kimi təkzibolunmazdır. Oxucular xatırlamış olarlar, biz bundan əvvəl də əksər ermənilərin Ermənistanı vətən və ya ata yurdu olaraq görmədikləri barədə yazmışdıq. Bununla yanaşı, hazırda Ermənistan dövlətini idarə edənlərin səbatsızlığı bu psixoloji vəziyyəti daha da dözülməz həddə gətirib. Erməni tarixçilərinin “Böyük Ermənistan”la bağlı əsası olmayan, sübuta yetiriməyən yalanlarına baxmayaraq, onların yüz illər boyu heç bir dövlətləri olmayıb. Bu gün də dünyanın müxtəlif bölgələrinə səpələnən ermənilər, nədənsə, Ermənistanda yaşamaq istəmirlər. Ermənistana sığınan, rəsmi sayı da dəqiq belə olmayan ermənilər də ilk fürsət düşüncə ölkədən qaçmağa üstünlük verirlər.
Burada erməni yalanı ilə baglı bir faktı xatırlayıram. Təbii ki, bunu həmyaşıdlarım da xatırlamış olarlar: SSRİ dövründə milyonçu şəhərlər siyahısına düşmək həsrəti çəkən İrəvan rəbərliyi şəhər əhalisinin artıq 1 milyon nəfəri keçməsi barədə Moskvaya yalanla dolu statistik rəqəm təqdim etmişdi. Elə o illərdə də erməni yalanına göz yuman SSRİ rəhbərliyində bu sahə ilə məşgul olanlar məsələni o qədər də açıb agartmadılar. Çünki artıq onlar da erməni yalanına öyrəncəli idilər
Yenə də nə isə, beləliklə, Ermənistanın Miqrasiya Xidməti ötən-2017-ci ildə Ermənistandan Rusiyaya daimi yaşamaq üçün köçənlərin ümumi sayının 230 min oldugunu bildirib. Diqqət yetirin, bu ancaq Rusiyaya köçənlərin sayıdır. Axı, tarix də sübut edib ki, dünyanın odlü nöqtələri istisna olmaqla, ermənılər ücün harada xoşdursa, oranı özlərinə vətən seçirlər. Daha sonrası isə hamıya bəllidir: onlar bu yerlərin “əcdadlarına” məxsus oldugu barədə “sübutlar” icad etməyə başlayırlar.
Fakt kimi Rusiyanın Krasnodar diyarnda sığınacaq alan ermənilərin sonrakı iddialarını göstərmək olar. Belə ki, bir müddət bundan əvvəl bu ərazilərdə “milli muxtariyyət” almaq arzularını yerli kazaklar onların gözlərində qoydular. İndi ermənilərin növbəti məqamı gözləmədikləri barədə kim zəmanət verə bilər. Onlar müvəqqəti sığındıqları ölkələrdə belə dinc dayanmırlar. Ermənictanda isə köç bu gün də davam etməkdədir. Rəsmi statistikaya görə Robert Köçəryanın iqtidarı zamanı (1998-2008) 134.100 nəfər, Serj Sərkisyan iqtidarı zamanı (son il yarım istisna olmaqla) ölkəni geri dönməmək şərti ilə 297.700 nəfər tərk edib. Əgər 2016-cı ildə Ermənistanı tərk edən 209 min nəfəri də bu siyahıya daxil etsək, bu halda miskin ölkənin gələcəyi barədə danışmaga belə dəyməz. Onu da qeyd edək ki, bu siyahıya sadəcə daimi yaşayış üçün getdikləri ölkələrdə vətəndaşlıq alan ermənilər daxildir. Qeyri- leqal yolla Ermənistandan qaçanların sayı bu siyahıda yer almayıb.
Ağasəf Babayev







 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info