Onların təklif etdiyi yol
Tarix: 25.03.2018 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Bu çirkin və tərbiyəsiz kampaniyanı başlayanlar hiss etməlidirlər ki, onların təklif etdiyi yolu özlərindən, pullarını verən başıpozuqlardan başqa heç kim dəstəkləmir

Azərbaycan siyasi arenası heç vaxt bu qədər iyrəncləşməyib. Müstəqillik əldə etdiyimiz zamandan bəri siyasi mübarizə həmişə bəlli etik çərçivələr əsasında aparılıb. Kimlərsə bu çərçivələri aşmağa çalışıbsa cəmiyyət dərhal həyəcan siqnalını çalıb və xəbərdarlıq mexanizmi işə düşüb. Hətta bizim radikallar adlandırdıqlarımızla dialoq dilimiz də etik normaları aşmayıb. Son günlər isə xaricdə oturub Azərbaycandakı siyasi proseslərdə iştirak etmək niyyətində olanlar bu düzəni pozmağa, siyasi leksikona küçə söyüşləri, qeyri - etik ifadələr gətirməyə başlayıblar.

Bu, kifayət qədər təəssüfverici, ürəkbulandıran mənzərədir. Sual yaranır - bu adamlar nə etmək istəyirlər? Təbii ki, məqsəd məlumdur. Ölkə daxilindəki sabitliyi poza bilməyənlər, proseslərə təsir imkanlarını itirənlər indi bu yola - söz terroruna keçiblər. Belə bir şəraitdə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, hörmətli Əli Həsənov dalbadal statuslar paylaşaraq nə baş verdiyini izah etməyə, başlanan çirkin kampaniyanın hansı məqsədə xidmət etdiyini göstərməyə çalışıb. Belə baxsaq, Əli Həsənovun təmsil etdiyi hakimiyyətin imkanları bu çirkin kampaniyanı aparanların imkanları ilə müqayisəyə belə gələ bilməz. Buna baxmayaraq, o, bir dövlət adamı, ölkənin media siyasətinə rəhbərlik edən şəxs kimi bu kampaniyaya qoşulanları, xarici ölkələrin xüsusi xidmət orqanlarının əlində alət olanları düşdükləri yoldan çəkindirməyə çalışıb. Düz də edib.

Səhv yolda olanları ilk növbədə düşdüyü doğru olmayan yoldan çəkindirmək lazımdır. İctimaiyyəti, bu oyunları oynayanların toruna düşməməyə çağırmaq vacibdir. Əli müəllim də məhz bunu edib. Hamımız bilməliyik ki, bu adamların Suriyanı qarış-qarış şumlayan, İraqı xarabaya çevirən, Əfqaıstanı onilliklər boyu qan gölü edənlərdən heç bir fərqləri yoxdur. Bu adamların məqsədi ölkə insanlarını bir-biri ilə üz-üzə qoymaq, mübarizəni dava-dalaş, söyüş müstəvisinə keçirmək, yaranacaq qarışıqlıq fonunda məqsədlərinə nail olmaqdır. Təbii ki, onların məqsədlərinə nail olmaq imkanları çox deyil. Amma istənilən halda, bu ölkənin gələcəyini düşünən, özünün, övladlarının sivil, demokratik, təhlükəsiz Azərbaycanda yaşamasını istəyən hər bir fərdi Əli müəllimin bu çağırışına səs verməli, mövqe nümayiş etdirməlidir.

Siyasi mövqeyindən asılı olmayaraq, cəmiyyətdə nüfuzu olan, sözü eşidilən hər bir şəxs açıq şəkildə ifadə etməlidir ki, bu cür mübarizə yolverilməzdir! Bu çirkin və tərbiyəsiz kampaniyanı başlayanlar hiss etməlidirlər ki, onların təklif etdiyi yolu özlərindən, pullarını verən başıpozuqlardan başqa heç kim dəstəkləmir.

İlham QULİYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info