Şəki ölkəmizin mühüm turizm mərkəzlərindən birinə çevrilib
Tarix: 25.03.2018 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Novruz bizim ən əziz milli bayramımızdır. Hər il bayram günlərində dostlarımla birlikdə ailəvi şəkildə Azərbaycanın müxtəlif bölgələrinə səyahətə çıxırıq. Bu Novruz bayramını Azərbaycanın qədim diyarlarından olan Şəkidə keçirməyi qərara aldıq. Qaldığımız “Marxal” otelində turistlərə yüksək səviyyədə xidmət göstərilir. Otel tərəfindən Şəkinin tarixi məkanlarına ekskursiyaların təşkili hamımızın ürəyincədir. Həm gəzirik, asudə vaxtımız səmərəli keçir, həm də bu qədim diyarın tarixi, mədəni irsi ilə bağlı ətraflı məlumat əldə edirik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Bakı şəhər sakini, Milli Aviasiya Akademiyasının Poliqrafiya Mərkəzinin rəisi Ədalət Zamanov deyib.
Şəkidə axırıncı dəfə 2007-ci ildə olduğunu qeyd edən paytaxt sakini bu illər ərzində şəhərdə çox böyük dəyişikliklərin baş verdiyini, bu diyarın ölkəmizin mühüm turizm mərkəzlərindən birinə çevrildiyini bildirib. Şəki xanlarının sarayının həqiqətən də Azərbaycanın XVIII əsrə aid ən möhtəşəm memarlıq abidələrindən biri olduğunu vurğulayan Ədalət Zamanov ölkəmizdə tarixi-mədəni irsin qorunub saxlanmasına göstərilən diqqət və qayğını yüksək qiymətləndirib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info