“Biz yazanda troll fəaliyyəti kimi qiymətləndirilir, onlar blok edəndə söz azadlığımız tapdalanır” 
Tarix: 27.03.2018 | Saat: 14:58:00 | E-mail | Çapa göndər


MirHəsən Seyidov “Sosial məsuliyyətin “DİV”ersantları və nifrət nitqinin elçiləri...”

Texnikanın bizə verdiyi imkanlardan yararlanmaq istəyimizdən və onun istifadəsi qaydalarından doymuruq. Əvvəllər müəyyən email qruplarında müxtəlif növ informasiyalardan doymamaq istəyimiz deyə bir şey var idi. Sonra həyatımıza yeni informasiya texnikası daxil oldu. Bu da əsgərin əlindəki silah texnikasına bənzəyir. Qarşı tərəfə çox ciddi zərbə endirmək və hədəfi məhv etmək deyə bir qüvvəyə çevirdilər bu texnikanı. Bir çox hallarda face control kimi, bir çox hallarda şəxsləri kateqoriyalar üzlər qruplaşdırmaq üçün istifadə olundu sosial şəbəkələr. Texnikaya nəzarət etmək də lazım idi. Çünki 10 illərin planları artıq bu texnikalar üzərindən əks təsirə məruz qalmağa başlamışdı. Uzun bir müddət sonra nəzarəti həyata keçirən çox böyük komandalar formalaşdı xarici ölkələrdə. Bəzi hallarda dövlətin, bəzən xalqın, bəzən də hakimiyyətin istəyini qorumaq üçün. İnsanları təzyiq, virtual ölüm qarşısında qoymaqla sosial siyasəti gücləndirməyə meyilli olan texnikalar uzun bir müddət sonra müxtəlif dairələr tərəfindən başqa istiqamətlərə yönəldi. Təəssüf hiss etmirik qətiyyən. Biz də bu cür imkanlardan yararlanmağa, ondan istifadə etməyə, daha çox xarici dairələrə və bizə nəzarəti həyata keçirmək istəyən insanlar üçün çox yaxşı formada alət halına gəldik. Söz azadlığının, sosial məsuliyyətin, nifrət nitqinin, virtual məkanda özümüzü aparmaq qaydaları ilə yaxından tanış olmadan atıldıq sosial şəbəkələrə. Çatana dostluq göndərdik, istədiyimiz yerdə şəkillər çəkdirdik, istədiyimiz adamlarla istədiyimiz videoları lentə aldıq, statuslarla istədiyimiz dairələrə sözümü çatdırmağa çalışdıq, mətbuata və elektron media vasitələrində yer almaq imkanı tapdıq. Ən əsası məşhur olmaq məqsədimizə doğru irərilədik. Heç kimin əl vura bilmədiyi, qeyri maddi aktiv olaraq fəaliyyətimiz bir çoxlarına həm nümunə, həm də çox gözəl vasitə ola bildi. Təsəvvür edin uzun illər heç gənc nəslin görmədiyi işğal altında olan torpaqlara dair videolarda, fotolarda sığındıq. Onlara Şuşa, Qarabağ buradır demək imkanımız yarandı. Amma virtual reallıqda dəyişdirilmiş və deqradasiyaya uğramış formada. Sonra fikirləşdik ki, gəl indi bu gəncə başa salaq ki, orda tarixən bizim dədə babalarımız yaşayıb. Mətbəxdə bişən dolmanın duzundan heç kimin xəbəri yoxdur. Yeməyə başlayan kimi onun fərqinə vardıq. Bir qapalı məkanda düzəldə bildiyiniz ən böyük resursu əslində birinin uzun illər icad etmək istəyini yerə yıxmaqla bir şəkil fonundan bütün dünyaya çatdırmaq imkanımız oldu. Şəkilləri montaj etmək, reallıqdan qaçmaq istəyimizlə daha da yaxşısını göstərməyə çalışdıq. Dünya ölkələri prezidentlərini tvitterdən izləməklə mətbuatı oxumaq ehtiyacımız qarşılandı, xarici ölkələrin vəzifəli şəxslərini instagramdan, bir çox adamları facebookdan izləyəmə başladıq. Biri bir status yazdı minlərlə insan (bəlkə də bot) buna münasibət bildirdi deyə kütlənin arxasında sipər rolunu oynadıq. Virtual məkanda bir rahatlıq yeri yaratdıq özümüz üçün. Neqativlə davam etsəm sabah mənim üçün də 1000-2000 nəfərin arasından biriləri çıxıb dəstəkçi olacaqdır deyə oldu istəyimiz. Pozitivdə daha çox mübariz olmaq istəyimiz yox oldu. Yazdıq və yazmadıq, münasibət göstərdik və ancaq kənardan yaxşı bir seyirci olduq deyə bir məsuliyyət tapa bilmədik. Azərbaycan adına xüsusi əhəmiyyətli proseslərdə bu texnikaların lüləyi bizlərə yönəldi. Bizdə stabil bir həyatda firavanlıq içərisində müəyyən sosial problemləri olan insan kimi, stabil həyat sürməyi seçdik. Dəyməyin, hər an zərim tökülər və ya buna da siyasiləşdi imici yapışdırarlar deyə qorxduq. Müxtəlif idarələrdə, ictimai təşkilatlarda, biznes fəaliyyətində çalışan insanlar olaraq BİZ anlayışını çox yadlaşdırdıq. Neqativə dəstək vermədik bəlkə də, amma qanunu bilməməyimiz bizi onun məsuliyyətindən azad etmədiyi kimi susmaqla yerimizi eyni tərəzidə oturmağa yönəltdik. Başa düşmək istəmirik ki, əgər mən bazarda satıcı işləyirəmsə belə bunun da təməl sütununda dövlət, xalq dayanır. Başa düşmək istəmirik ki, mənim də bütün gedən məsələlərdə olan rolum bəlkə həqiqətən yaxşılığa doğru nələrinsə dəyişməyinə səbəb ola bilər. Biz vaxtında həqiqətləri dünyaya doğru çatdıra bilmədiyimiz üçün uzun illərdir bunu əziyyətini çəkirik. İndi gəlir dövrün ən bariz dövlətini yaratmağa iddialı olan, illərdir zəhmətini, əziyyətini Avropa insanına hədər vermiş, bazarından alış veriş edib dünyanın başqa başqa ölkələrinə maliyyə qazandıran bizim sosial məsuliyyətin müəyyənləşdirilməsində yer almaq istəyən dövrün “div”ersantları. Guya bunlar hansısa yolla bizim üçün xoşbəxt gələcək vəd edirlər. Guya bunlar bizlərə daha yaxşı yaşayış imkanı vəd edirlər. Guya bunlar müxalifdir. Avropa dəyələrinə sadiq qalanlar sosial şəbəkələrin yaratdığı imkanlardan yararlanıb, insanlara söyüş, təhqirlər yağdırmaqla nifrət nitqinin elçilərinə çevriliblər. Heç kim demir ki, Azərbaycanda müəyyən sahələrdə problem yoxdur. Hamının gözü tərəzidir və hamı da bu problemləri görüb onları zamanla həll etməyə çalışır. Bugün bu “mübarizə”ni aparanlar elə özləri vaxtından Azərbaycanın dövlətinin onlara yaratdığı imkanlardan yararlanıb həyatının sujet xəttində bu imkanlara xatir çox vacib rollar alıb. 

Söymək məgər bu qədər çətindir ?! Çıxaq hamımız ən “ecazkar” söyüşləri söyək. Çox yaxşı xatırlayırıq yəqin hamımız, gedən prosesləri yaxından izləyirik sosial şəbəkələrin istifadəçiləri kimi. Avroviziya mahnı müsabiqəsində bizə islam dəyərlərini qorumaq və cinsi azlıqlara qoşulmamaq çağırışları var idi. Avroviziya oldu və ən yüksək səviyyədə baş tutdu - nə cinsi azlıq baxımdan problem yarandı, nə də təşkilatçılıq. Avropa Oyunlarından stadionunun pulunu sayanların bir çox böyük əksəriyyəti Qarabağ Futbol Klubunun Çempionlar liqasındakı bütün oyunlarında bilet alıb tamaşaçı qismində iştirak edirdilər, Könüllülər hərəkatında yer alan 10.000-dən artıq gəncin şəxsiyyətini təhqir edənlərdir bunlar. İslam Oyunları əlavə büdcədən pul itgisi kimi dəyərləndirildi Azərbaycan idmançıları həmin investisiya olunan arenalarda Azərbaycan bayrağını dəfələrlə yuxarı qaldırdı, dedilər Formula 5-10 il bizim belimizdə əlavə yükdür. Hələ də Azərbaycan adını eşitməyən milyonlarla insan Azərbaycan adını televiziya ekranların izləyir və minlərlə insan yarışlara baxmaq üçün Vətənə səfər edir. 2 aprel döyüşlərində qələbəmiz adına, səngərdəki əsgərin hansı çətinliklərlə baxmayaraq əldə etdiyi ərazilər üçün, Lələtəpə adına xələl gətirmək istəyən, mənşəyi bizdən olmayanlar yenə şəhidlərin ruhuna hörmətsizlik etmək istədi. Oturub şəhid sayını sayırdılar. Cəbhə xəttində könüllü qoşulmaq istəyən minlərlə insanları saymağa şəxsi iradələri, vətəndaşlıq duyğusu imkan vermirdi. Hər dəfə ölkədə siyasi proseslər sürətləndiyi zaman bu dairələrin maliyyəsi artır və artıq qeyd etdiyim texnikanın lüləyi bizə yönəlməsi nəticəsində Azərbaycana qarşı çirkin kampaniyaya başlayırlar. Bu proseslər dayanmır, əziz dostlar, Siz susduqca dayanmayacaq da. Amma bunların fərqi müxtəlif dairələrin siyasi oyuncağına çevrilməklə sosial şəbəkələrdə bir mövzu atıb BOT kimi bir neçə gündən sonra ortadan çıxmaqdır. Axtarsanız belə eyni adamı bir neçə gün sonra tapa bilməyəcəksiz. Dayanıqlı olan BOTlar maliyyə qarşılığında satın alınanlardır. Adları məndən daha yaxşı bilirsiz... Biz yazanda troll fəaliyyəti kimi qiymətləndirilir. Onlar blok edəndə söz azadlığımız tapdalanır. 

Qarşıdan Azərbaycanda tarixi bir gün daha gəlir. Bir Azərbaycan gənci üçün seçkidə öz rolunu müəyyənləşdirmək, onun səsinin nə qədər vacib və əhəmiyyətli olduğunu hiss etmək zamanıdır.  Azərbaycan dövlətinin qarantı olan ölkə Prezidenti İlham Əliyevin seçkiləri prosesinə aktiv hazırlıq və yerlərdə kampaniyalara start verilib. Sosial şəbəkələrin “div”ersantları aktiv şəkildə yenə ölkə prezidentinə, onun xanımına və ailəsinə, Azərbaycan Prezidentinin siyasi kursuna, Heydər Əliyev ideyalogiyasına sadiq olan insanlara qarşı öz ailə tərbiyəsini, qanacaq və şərəfinin yerlər altına almağa başlayıb. Hər gün bir video müraciətlə bir gün biz gələcik və vəziyyəti dəyişəcik deməklə müxalif obraz yaratmağa başlayıb. Toplasanız cəmi 5-10 nəfərdən ibarət olanlar bütün Avropada yaşayan azərbaycanlılar adından danışmağa cəhdlər edirlər. Gördüyümüz bu obraz tamamilə təzahüratdır və qeyri maddi aktivdir. “Azərbaycanın siyasi sabitliyi, stabil inkişafı və ölkəmizin getdikcə güclənən nüfuzu bir çoxlarının yuxusunu qaçırıb. Onlar ölkəmizin mənəvi dayaqlarını sarsıtmaq və dövlətimizə beynəlxalq təzyiq formalaşdırmaq üçün hər şeydən - əxlaqdan da, namusdan da keçirlər” deyən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bu yolda çox ciddi təşəbbüs nümayiş etdirib və mən də öz növbəmdə bu yolda hər bir vətəndaşımızı daha ayıq-sayıq olmağa dəvət edirəm. Dövlətin imkanlarından yararlanmaq lazım olduğunda ortaya çıxıb, Azərbaycan adına siyasi mübarizədən kənarda yer almaq, bizi virtual məkanda olan məsuliyyətdən azad etmir. Ətrafımızda baş verənlərin sosial məsuliyyətini daşıya bildiyimiz yerə qədər mübariz olun. Bunlardan nə mübariz çıxar, nə də Mübariz !




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info