Respondentlərin 84,1 faizi İlham Əliyevə səs verəcəklərini bildiriblər SORĞU
Tarix: 27.03.2018 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə bu ilin fevral-mart aylarında ölkənin 68 rayonunda (Naxçıvan MR-nın ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla) 1580 respondent arasında rəy sorğusu keçirib.
Bu barədə “ELS - Müstəqil Araşdırmalar Mərkəzi”nin rəhbəri İradə Yaqubova keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə keçirilən rəy sorğusu 18 və yuxarı yaş kateqoriyasında əhali qrupunu əhatə edib. Sorğu xüsusi hazırlıq kursunu keçmiş intervüyerlər qrupu tərəfindən aparılıb. Yaşayış məntəqələrinin seçimi çoxpilləli stratifikasiya edilmiş təsadüfi ərazi seçimi üsulu ilə aparılıb və rayonların bərabər əhatə olunması təmin edilib. Sorğunun əhatə etdiyi yaşayış məntəqələrinin 50,4%-ni şəhərlər, 6,2%-ni qəsəbələr, 43,4%-ni isə kəndlər təşkil edib. Respondentlərin cins və yaş üzrə seçimi ölkə üzrə mövcud statistik məlumat bazasına uyğun aparılıb.
Sorğuda iştirak edən respondentlərin 49,4%-ni kişilər, 50,6%-ni isə qadınlar təşkil edib. Yaş kateqoriyalarına görə respondentlərin 28,7%-i 18-29 yaş, 22,3%-i 30-39 yaş, 18,8%-i 40-49 yaş, 16,8%-i 50-59 yaş, 13,4%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olublar. Ailə vəziyyətlərinə görə onların 73,3%-i evli, 19,9%-i subay, 5,2%-i dul, 1,6%-i isə boşananlar olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 48,3%-i orta təhsilli, 20,7%-i orta ixtisas təhsilli, 4,2%-i natamam ali təhsilli, 20,5%-i ali təhsilli, 6,3%-i isə tam orta təhsili olmayanlardır. Məşğulluqlarına görə respondentlərin 17,3%-i dövlət sektorunda, 21,7%-i özəl sektorda, 15,2%-i özünə işləyən, 3,3%-i tələbə, 11,3%-i işləməyən təqaüdçü, 8,1%-i işsiz, lakin iş axtaran, 23,1%-i isə evdar qadınlardır. 2013-cü il prezident seçkilərindən sonra dövlətimizin idarə edilməsində qazanılan uğurları qeyd edən respondentlərin 94,3%-i uğurların olduğunu vurğulayıblar. Bu uğurların sırasında təhlükəsiz yaşayış şəraiti (81,6%), sabit siyasi vəziyyət (78,9%), Qarabağ probleminin həlli istiqamətində fəaliyyət (44,3%) və digərləri qeyd olunub.
Növbəti mərhələdə rəyi soruşulanlara ölkə Prezidentinin həyata keçirdiyi siyasətlə bağlı suallar verilib. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 94,1%-i bu siyasəti dəstəklədiklərini, 2,9%-i dəstəkləmədiklərini bildiriblər. Rəyi soruşulanların 3,0%-i cavab verməkdə çətinlik çəkib.
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların çoxu (86,0%-i) bu siyasəti dəstəklədiklərini, 6,3%-i isə dəstəkləmədiklərini qeyd ediblər. Rəyi soruşulanların 7,7%-i suala cavab verməkdə çətinlik çəkib.
Son 5 ildə Qarabağ probleminin həlli istiqamətində ölkə Prezidentinin atdığı addımları qiymətləndirən respondentlər bu fəaliyyəti yüksək qiymətləndiriblər. Onların 65,3%-i atılan addımları çox uğurlu, 23,2%-i uğurlu, 6,3%-i uğursuz hesab ediblər. 5,2% isə cavab verməkdə çətinlik çəkib.
Azərbaycan-Ermənistan münaqişəsinin həllində 25 ildən artıq iştirak edən beynəlxalq strukturların fəaliyyətinə münasibət birmənalı olub. Belə ki, ATƏT-in Minsk qrupu, AŞPA, BMT təmsilçilərinin fəaliyyətini uğurlu hesab edənlərin sayı cəmi 7,0% olub. Bu qurumların fəaliyyətini uğursuz hesab edənlər 86,9%-dir. Cavab verməkdə çətinlik çəkənlərin nisbi sayı 6,0% olub. Uğursuz fəaliyyəti qeyd edənlərin 28,3%-i, yəni üçdə biri, bu qurumların problemin həllinə münasibətlərini laqeyd, hətta ermənipərəst hesab ediblər.
Sorğu zamanı respondentlərə “Növbəti prezident seçkiləri indi, məsələn, gələn həftə keçirilərsə, kimə səs verərdiniz?” sualı ünvanlanıb. Lakin sorğu prezident seçkiləri elan olunduğu vaxta təsadüf etdiyindən respondentlər bu suala 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkilərini nəzərdə tutaraq cavab veriblər. Seçkilərdə iştirak edəcəklərinə dair suala cavab verən respondentlərin 66,5%-i seçkilərdə həmişə iştirak etdiklərini söyləyərək səs verəcəklərini bildiriblər. Respondentlərin 26,1%-i ola bilər ki, iştirak edəcəklərini, 6,8%-i heç vaxt seçkilərdə iştirak etmədiklərini deyiblər. Cavabdan imtina edənlərin sayı 0,6% təşkil edib.
Sorğu zamanı respondentlərə 2013-cü ildə keçirilmiş prezident seçkilərində kimə səs verdikləri barədə sualla müraciət olunub. Onların 83,3%-i İlham Əliyevi, 1,2%-i başqa namizədləri dəstəklədiklərini deyiblər. Rəyi soruşulanların 8,6%-i seçkilərdə müxtəlif səbəblərdən, o cümlədən yaşları çatmaması səbəbindən iştirak etməyiblər. Respondentlərin 6,9%-i cavab verməkdə çətinlik çəkiblər.
Aprelin 11-də keçiriləcək prezident seçkilərində edəcəkləri seçimi açıqlayan respondentlərin 84,1%-i seçkilərdə birmənalı olaraq  İlham Əliyevə səs verəcəklərini bildiriblər. Rəyi soruşulanların 0,2%-i başqa namizədlərə səs vermək niyyətindədirlər. Rəyi soruşulanların 9,2%-i hələ seçim etmədiklərini söyləyiblər. 6,5% respondent isə ümumiyyətlə seçkilərdə iştirak etmədiyini etiraf edib.
Beləliklə, sorğunun nəticələri onu deməyə əsas verir ki, əvvəllər olduğu kimi, bu gün də Azərbaycan seçicisi Prezident  İlham Əliyevə alternativ görmür, ötən prezidentlik dövründəki fəaliyyətini qənaətbəxş hesab edir və birmənalı olaraq növbəti prezidentlik müddətində ölkənin məhz onun rəhbərliyi altında olmasını istəyir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info