Kolumbiya Universitetinin professoru ADPU-da
Tarix: 27.03.2018 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ADPU-nun və Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə ABŞ-ın Kolumbiya Universitetinin professoru xanım Amra Sabic-El-Rayessin “Təhsildə tədqiqat” mövzusunda məruzəsi dinlənilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, struktur bölmələrin müdirləri, müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov bildirib ki, universitetdə ardıcıl olaraq təhsil sahəsi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərin keçirilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə, professor-müəllim heyətinin fəallığının artırılmasına xidmət edir. Bu gün “Təhsildə tədqiqat” mövzusunda məruzəsini dinləyəcəyimiz ABŞ-ın Kolumbiya Universitetinin professoru xanım Amra Sabic-El-Rayess təhsil sahəsində tanınmış və nüfuzlu mütəxəssisdir. Professor Amra Sabic-El-Rayess Bosniya və Herseqovinada doğulub. Təhsil sahəsində aktual mövzularda müxtəlif dəyərli tədqiqatlar aparıb. Onun tədqiqatları sosial mobilliyi, inkişafı, təhsil liderliyini və təhsil təşkilatçılığını, keyfiyyətli müəllim hazırlığını, radikalizmi, korrupsiyanı, qadınların cəmiyyətin inkişaf prosesindən kənarda qalmamalarını və digər vacib məqamları əhatə edir. Gənc və perspektivli alim Amra Sabic-El-Rayess təhsil sahəsində bir sıra məsələləri yüksək səviyyədə tədris və tədqiq edib, əsərlər dərc etdirib. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
Professor Amra Sabic-El-Rayess çıxışında öncə məruzənin dinlənilməsinin təşkilinə görə ABŞ Dövlət Departamentinə, ABŞ-ın Azərbaycandakı səfirliyinə və ADPU-nun rəhbərliyinə təşəkkür edib. Azərbaycanda ilk dəfə olduğunu vurğulayan xanım Amra Sabic-El-Rayess ölkəmizin gözəlliyindən, xalqımızın qonaqpərvərliyindən, mehribanlığından, səmimiyyətindən məmnunluq duyduğunu bildirib.
Təhsil sahəsində apardığı tədqiqatlar barədə məlumat verən professor Amra Sabic-El-Rayess müxtəlif genişmiqyaslı layihələr həyata keçirdiyini, bir çox ölkələrdə aztəminatlı ailələrin övladlarının və qadınların təhsilə cəlb edilmələri üçün məqsədyönlü fəaliyyət göstərdiyini, həmçinin radikalizmə qarşı mübarizə apardığını qeyd edib. Bildirib ki, təhsil hər bir ölkənin, xalqın inkişafının əsas amili, uğurlu gələcəyinin həlledici təminatçısıdır. Təhsildə bilik, bacarıq, səriştə əsas meyar kimi götürülməlidir. Təhsil daim dəyişən, yeniləşən, inkişaf edən bir sistemdir. Təhsil sosial mobilliyə keçiddə mühüm rol oynayır, bu işdə ən gözəl və ən uğurlu mexanizmdir. Buna görə də öz tədqiqatlarında təhsil sahəsində mövcud vəziyyətin dəyişməsinə çalışıb. Təhsildə yeni yanaşmaların, paradiqmaların tətbiq edilməsi üçün əzmlə fəaliyyət göstərib.
Çıxışında ayrı-ayrı ölkələrin təhsil sahəsindən konkret rəqəmlər, statistik göstəricilər əsasında nümunələr gətirən professor Amra Sabic-El-Rayess qeyd edib ki, ABŞ-da irqi, etnik və dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq biliyi, bacarığı və səriştəsi ilə fərqlənən aztəminatlı ailələrin övladları universitetlərə qəbul edilirlər. Onların təhsili, inkişafı diqqət mərkəzində saxlanılır. İnkişaf etmiş ölkələrin ali təhsil müəssisələri öz fəaliyyətlərini və rəqabətqabiliyyətli tələbə hazırlığını qlobal dünyada baş verən böyük dəyişikliklərə uyğun olaraq qururlar.
Rektor Cəfər Cəfərov çıxışında qeyd edib ki, “Təhsildə tədqiqat” mövzusunda məruzə, əslində, böyük inkişaf prosesinin tərkib hissəsidir. ABŞ-da bilikli, istedadlı, bacarıqlı insanların ölkənin inkişafına xidmət etmələri üçün xüsusi mexanizmlər mövcuddur. Rəqabət mühitinin yaranması inkişafa xidmət edir. ABŞ-ın inkişafının kökündə məhz bu amil dayanır. Rektor çıxışının sonunda professor Amra Sabic-El-Rayessə maraqlı məruzəyə görə təşəkkür edib və uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, professor Buludxan Xəlilov, dosent Şahin Pənahov, dosent Yusif Alıyev və başqaları ali təhsil müəssisələrinin şəffaf və obyektiv fəaliyyəti, gələcəkdə müxtəlif ölkələrdə təhsil sahəsində proqnozlaşdırılan inkişaf meyilləri, müəllimlərin keyfiyyətli tədris etmək bacarıqları ilə bağlı fikirlərini bölüşüblər.

Nigar

 




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info