“Türk Hava Yolları” Aqabaya birbaşa uçuşlara başlayıb
Tarix: 27.03.2018 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Aqaba "Türk Hava Yolları" aviaşirkətinin İordaniya üzrə uçuşlar həyata keçirdiyi ikinci şəhər oldu (paytaxt Əmmandan sonra). Bununla da aviaşirkətin uçduğu istiqamətlərin sayı 303-ə çatıb.

Aqabaya reyslər həftədə 3 dəfə yerinə yetiriləcək. İstanbuldan Aqabaya və əks istiqamətə biletin minimal qiyməti 404 ABŞ dolları (vergi və rüsumlar daxil) təşkil edir.

Bundan başqa, “Miles & Smiles” proqramın iştirakçıları üçün xüsusi təklif fəaliyyət göstərir – 25% az mil sərf edərək mükafat bileti və ya daha yüksək dərəcəli biletlər əldə etmək imkanı. Təklif Türkiyədən və Aqabadan reyslərə şamil olunur, bir şərtlə ki, onlar müvafiq olaraq 2018-ci il iyunun 11-dək və 2018-ci il iyunun 12-dək həyata keçiriləcək*.

"Türk Hava Yolları"nın uçuş cədvəli ilə bağlı məlumatı aviaşirkətin rəsmi saytında www.turkishairlines.com, satış ofislərində və ya məlumat mərkəzi ilə əlaqə saxlayaraq (+994 12) 404-88-49 əldə etmək mümkündür.

* “Türk Hava Yolları” bu baxımdan dəyişiklik etmək hüququnu özündə saxlayır.

“Türk Hava Yolları” haqqında:
1933-ci ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın və bütün dünyada 303 istiqamət üzrə uçuşlar yerinə yetirən (254 beynəlxalq və 49 daxili) 328 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətin üzvüdür. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatla www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə edə bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info