Çin Azərbaycana dəmir yolu xətti çəkməyi planlaşdırır
Tarix: 27.03.2018 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Çin Aktaudan və ya Atıraudan keçməklə Azərbaycana dəmir yolu xətti çəkilməsi məsələsini gözdən keçirir. KAZİNFORM xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Qazaxıstan Respublikasındakı səfiri Çjan Hanhuey mətbuat konfransında bildirib.
Diplomat Çinin Mərkəzi Asiyada böyük planları olduğunu və bunların həm ÇXR-ə, həm də Mərkəzi Asiya ölkələrinə fayda gətirəcəyini qeyd edib. Çjan Hanhuey bildirib: “Özbəkistandan və Qazaxıstandan keçməklə Türkmənistandan Çinə çəkilmiş qaz boru kəməri Honkonqa çatıb. Bu, dünyada ən uzun qaz boru xətti və ən mürəkkəb mühəndis sistemidir. Biz bunu etdik və məhz bu, müasir İpək Yoludur”. Diplomat, həmçinin əlavə edib ki, Qazaxıstandan keçməklə Mərkəzi Asiya ölkələrinə və Avropaya artıq iki dəmir yolu xətti çəkilib. Səfir deyib: “Bunun ardınca Türkmənistandan və Türkiyədən keçməklə Yaxın Şərqə, daha sonra Aktaudan və ya Atıraudan keçməklə Azərbaycana dəmir yolu xətti çəkilməsi imkanlarını öyrənəcəyik. Bundan ötrü texnologiya mövcuddur”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info