Ermənistan Rusiyadan narazıdır
Tarix: 27.03.2018 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Aleksey Malaşenko: “Azərbaycan tələb etdiyi halda, Rusiyanın bu ölkəyə silah satmaqdan imtina etməsi mümkün deyil”

"Görüşlər və bənzər bəyanatlar təsadüf deyil. Bütün bunlarda bir mesaj ehtiva edilir. Ermənistan Rusiya üçün qiymətli tərəfdaşdır və Rusiya da onunla birlikdə sayılır". Bu fikirləri “168 jam” nəşrinə rusiyalı politoloq Aleksey Malaşenko, Rusiya Federasiyası Şurasının Xarici işlər komitəsinin rəhbəri Konstantina Kosaçevin İrəvana etdiyi səfərlərə istinad edərək bildirib. Xatırladaq ki, Kosaçev İrəvana etdiyi səfər zamanı bildirmişdi ki, Ermənistan həqiqətən Rusiya üçün strateji tərəfdaşdır. Bu dəfə isə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin bildirib ki, “Rusiya Cənubi Qafqazda Ermənistanın simasında öz İsrailinə sahibdir”. O, Rusiya Federasiyasının keçmiş daxili işlər naziri olmuş Boris Qrızlovun Ermənistanı Cənubi Qafqazda Rusiyanın forpostı hesab etməsi ilə də razılaşdığını bildirib. Zatulin də daxil olmaqla Rusiya siyasətçilərinin Ermənistan barədə dedikləri daha çox onların könlünü almağa hesablanıb. Ermənistan isə narazıdır. İrəvanı narahat edən əsas məsələlərdən biri Rusiyanın Türkiyə və Azərbaycanla qurduğu münasibətlərdir. Təəsadüfi deyil ki, İrəvanda Malaşenkoya ünvanlanan suallar da daha çox bu səpkidə olan suallardır. Rusiya silahlarının Azərbaycana satışı ilə bağlı Ermənistan rəhbərliyinin narazılığına baxmayaraq, rusiyalı politoloq bunun davam etməsini ritorik diplomatiya ilə əlaqələndirib. Onun fikrincə, Rusiyanın hazırkı çətin dövründə silah satışı onun ölkəsinə böyük gəlir gətirir. Məhz buna görə də, Azərbaycan tələb etdiyi halda, Rusiyanın bu ölkəyə silah satmaqdan imtina etməsi mümkün deyil. Malaşenko Ermənistanda Rusiyaya qarşı artan narazılığı azaltmağa çalışır. Biz bir müddət bundan əvvəl də silah bazarının açıq olduğunu və Rusiyadan bu bazardan imtina edəcəyi təqdirdə onun yerini başqa bir dövlətin tutacağını xatırlatmışdıq. Bunu, təbii ki, həm Malaşenko, həm də digər rusiyalı siyasətçilər yaxşı bilirlər. “Aysor” saytı isə Rusiya siyasətçilərinin Ermənistana səfərlərinin aktivləşməsini başqa bir nüansla - Ermənistan parlamentarilərinin ABŞ-a etdikləri səfərlə əlaqələndirir. Alman politoloq Uve Halbaxın fikirlərinə istinad edən sayt yazır ki, Rusiya ilə ABŞ arasındakı münasibətlər ox gərgin olduğundan Moskva bütün tərəfdaşlarının Vaşinqtonla olan təmaslarını izləməyə çalışır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir
17.06.2019
Latviyanın bütün ali məktəblərində tədris latış dilində olacaq
16.06.2019
Əkrəm İmamoğlu və Binali Yıldırım canlı debatda
16.06.2019
Çin liderindən Ərdoğana gözlənilməz təklif

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info