Türkiyə ordusu Suriyanın Tel-Rifat rayonunu terrorçulardan azad etdi
Tarix: 27.03.2018 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


PKK terrorçuları bölgəni tərk edərək Menbiçə qaçıblar. Tel-Rifatı vacib edən məsələ terrorçular tərəfindən dəhliz kimi istifadə edilməsi idi

Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu Suriyanın Tel-Rifat bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün hərbi əməliyyata başlayıb. Türkiyə mediasının məlumatına görə, Türkiyə qırıcı təyyarələri PYD/YPG terrorçularının Tel-Rifat ətrafındakı mövqeləri bombalayıb.
Bundan sonra Türkiyə ordusu və Azad Suriya Ordusunun bölmələri quru əməliyyatına başlayıb. “Sabah” qəzeti xəbər veriir ki, dünən günün ikinci yarısında Tel-Rifat terrorçulardan azad edilib. PKK terrorçuları bölgəni tərk edərək Menbiçə qaçıblar. Tel-Rifatı vacib edən məsələ terrorçular tətəfindən dəhliz kimi istifadə edilməsi idi. Bir məqamı da xatırladaq ki, Tel-Rifat rayonunda Rusiya əsgərləri da var idi. Amma həftənin birinci günü Ankara ilə Moskva arasında diplomatik kanallar vasitəsilə danışıqlar aparıldıqdan dərhal sonra ruslar rayonu tərk ediblər. Tel-Rifatın terrorçulardan azad olunmasından sonra “Zeytun budağı” əməliyyatı öz məqsədinə çatmış olub.

Tel-Rifat rayonunda Rusiya əsgərləri də var idi. Amma Ankara ilə Moskva arasında diplomatik kanallar vasitəsilə danışıqlar aparıldıqdan dərhal sonra ruslar rayonu tərk ediblər

Qeyd edək ki, martın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusu və Azad Suriya Ordusunun növbəti hədəfinin Suriyanın Tel-Rifat rayonu olacağını açıqlamışdı. Ərdoğan demişdi ki, qısa müddətdə Tel-Rifat nəzarət altına alınacaq və "Zeytun budağı" əməliyyatı hədəfinə çatdırılacaq. Xatırladaq ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı əməliyyata başlayıb və ötən dövr ərzində Afrin bölgəsi tam nəzarətə götürülüb. Ərəblərin yaşadığı Tel-Rifat bölgəsi 2016-cı ildə Afrindəki PYD/YPG terrorçuları tərəfindən işğal olunub və "Zeytun budağı" əməliyyatı zamanı Afrindən qaçan terrorçular məhz Tel-Rifata və Tel-Rifat üzərindən Suriyanın digər bölgələrinə qaçıblar. Martın 24-də Tel-Rifat şəhərində yerli sakinlər aksiya keçiriblər. Aksiya iştirakçıları Türkiyə ordusunun və Azad Suriya Ordusunun PYD/YPG terrorçularını bölgədən qovmasının istəyiblər. Onu da qeyd edək ki, terror məsələsi Bolqarıstanın Varna şəhərində keçirilən Avropa İttifaqı-Türkiyə münasibətlərinə dair görüşdə də müzakirə edilib. “TRT HABER” xəbər verir ki, KİV-lərə qapalı keçirilən görüşdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker və Bolqarıstanın Baş naziri Boyko Borisov birgə mətbuat konfransı keçiriblər. Görüşün böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran tərəflər əminliklə ifadə ediblər ki, münasibətlərin inkişafı üçün qarşılıqlı anlaşma mühüm amildir. Türkiyə-Avropa İttifaqı münasibətləri barədə fikir və mülahizələrini bölüşən Prezident Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq siyasəti, Suriyanın Afrin bölgəsində həyata keçirilən antiterror əməliyyatlarının əhəmiyyəti, o cümlədən Kipr problemi, ittifaq ilə Türkiyə arasındakı viza məsələsi və s. barədə ölkəsinin mövqeyini ifadə edib. Prezident diqqətə çatdırıb ki, Afrindəki əməliyyatlar təkcə Türkiyənin və Suriya xalqının təhlükəsizliyi üçün deyil, Avropanın təhlükəsizliyi üçün də mühüm əhəmiyyət daşıyır.
Anar




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
“Sarı jiletlər” Fransada şənbə gününə yeni aksiya təyin edib
13.12.2018
“Türk Hava Yolları” bu il 70 milyona yaxın sərnişin daşıyıb
13.12.2018
“Brexit”: Tereza Mey etimad səsverməsində qalib gəlib
12.12.2018
Türkiyə Suriyada yeni əməliyyata başlayır
11.12.2018
Makron sükutu pozdu, “Sarı jilet”lər aksiyasının 5-ci aktına çağırış edildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info