Şəhriyar Məmmədyarov iddiaçılar turnirini ikinci pillədə başa vurub
Tarix: 28.03.2018 | Saat: 03:39:00 | E-mail | Çapa göndər


Martın 27-də Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirinin 14-cü - sonuncu turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Vladimir Kramnik ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qara fiqurlarla oynayan Ş.Məmmədyarov oyunun 54-cü gedişində rəqibi ilə heç-heçəyə razılaşıb və şahmatçılar hərəyə 0,5 xalla kifayətlənməli olublar. Bununla da şahmatçımız turnir cədvəlində ikinci pillədəki mövqeyini qoruyub. Hər iki şahmatçının ilk dövrədəki qarşılaşması Ş.Məmmədyarovun qələbəsi ilə nəticələnmişdi. Bu görüşdən sonra hesabında 3 qələbə, 10 heç-heçə və 1 məğlubiyyət olan Azərbaycan şahmatçısı aktivindəki xalların sayını 8-ə çatdırıb.
Digər görüşdə rusiyalı Aleksandr Qrişuk Fabiano Karuananı (ABŞ) məğlub edəcəyi təqdirdə Ş.Məmmədyarov turnirin qalibi olacaqdı. Lakin həmin oyunda turnirin lideri olan Fabiano Karuana Aleksandr Qrişuku məğlub edərək birinciliyi əldən verməyib.
Tur çərçivəsində keçirilən Uesli So (ABŞ) - Levon Aronyan (Ermənistan) və Liren Dinq (Çin) - Sergey Karyakin (Rusiya) qarşılaşmalarında qalib müəyyənləşməyib.
Beləliklə, iddiaçılar turnirinə martın 27-də yekun vurulub. 14-cü turdan sonra aktivində 9 xal olan Fabiano Karuana turnirin qalibi olub. Şəhriyar Məmmədyarov yarışı 8 xalla ikinci, eyni xala malik olan Sergey Karyakin üçüncü pillədə başa vurub. Liren Dinq 7,5 xalla dördüncü olub. Vladimir Kramnik və Aleksandr Qrişuk 6,5 xalla beşinci-altıncı yerləri bölüşüblər. Uesli So 6 xalla yeddinci yerdə qərarlaşıb. Aktivində 4,5 xalı olan Levon Aronyan isə sonuncudur.
İddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Berlin turnirinin qalibi olan Fabiano Karuana noyabrda Londonda dünya şahmat tacı uğrunda mübarizədə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə oynayacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info