Azərbaycan nəqliyyat qovşağı qismində rolunu yaxın illərdə daha da möhkəmləndirəcək
Tarix: 28.03.2018 | Saat: 05:46:00 | E-mail | Çapa göndər


Yaxın bir neçə il ərzində Azərbaycan neft-qaz sənayesindən böyük gəlirlərin əldə olunduğu iqtisadiyyatdan qeyri-xammal sektoruna yönəlmiş iqtisadiyyata keçid məqsədilə ixracın diversifikasiyası məsələsini həll edəcək.
Bunu Trend-ə rusiyalı politoloq, Moskva Dövlət Universiteti nəzdində Postsovet məkanının tədqiqi İnformasiya-Analitika Mərkəzinin direktor müavini Aleksandr Karavayev deyib.
Ekspertin fikrincə, əsas inkişaf üç istiqamətdə - aqrar sənaye, logistika və nəqliyyat kommunikasiyaları, eləcə də kiçik və orta biznesin dəstəklənməsi sahəsində davam edəcək:
"Nəqliyyat kommunikasiyalarının inkişafı Azərbaycanın nəqliyyat qovşağına çevrilməsi məcrasında davam edəcək".
A.Karavayevin sözlərinə görə, çox vacib inkişaf xətti kiçik və orta biznesin dəstəklənməsidir, çünki ixrac potensialının əsası məhz bu səviyyədə qoyulur:
“Beynəlxalq bazarlara ağır sənayedə fəaliyyət göstərən iri şirkətlər vasitəsilə çıxış əldə etmək çətindir. Azərbaycan iki istiqaməti ilə - neft və aqrar sənaye sahələri ilə tanınır. Elə bu iki sahə üzrə də böyük uğurlara nail olmaq olar. Bunun üçün bu sahələrin inkişafını doğru istiqamətə yönləndirmək kifayətdir”.
Rusiyalı politoloq onu da əlavə edib ki, gələcəkdə ölkə idarəetməsində və ümumilikdə iqtisadiyyatda islahatlar gözlənilir:
“Nazirliklərin formatları dəyişdirilir, yeni agentliklər yaranır, qurumlar birləşir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi iki nazirliyin birləşdirilməsi yolu ilə yaradılıb. Bu qurumlar məhsulu elektron ticarət platformalarına çıxarmağa imkan verən sistemin yaradılması və nəqliyyat və logistikanın bir qurumdan idarə olunması məqsədilə birləşdirilib”.




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Paşinyan və komandası Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq
25.03.2019
Vuçiç: Serbiya NATO üzvü olmaq istəmir
24.03.2019
Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
23.03.2019
İran qazının Ermənistan vasitəsilə Gürcüstana tranziti qeyri-mümkündür
23.03.2019
Dünya Bankı Cənub Qaz Dəhlizinə hər zaman dəstək verməyə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info