Dövlət Statistika Komitəsi Banqkokda keçirilən regional tədbirdə təmsil olunur
Tarix: 28.03.2018 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Martın 26-29-da Tailandın paytaxtı Banqkok şəhərində 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəliklə müəyyən edilmiş şəhər və yaşayış məntəqələrinin yaşayış üçün əlverişliliyinin, təhlükəsizliyinin, dayanıqlılığının və ekoloji tarazlığının təmin edilməsi məqsədi üzrə göstəricilərlə əlaqədar Asiya və Sakit okean ölkələri üçün regional seminar keçirilir.
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi aparatının Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov iştirak edir.
BMT-nin Asiya və Sakit okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) və Yaşayış Məntəqələri üzrə Proqramı (UN–Habitat) tərəfindən birgə təşkil edilən tədbirin əsas məqsədi region ölkələrinin milli statistika qurumları və müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının, aidiyyəti ekspertlərin şəhər üzrə məlumatların idarə edilməsi, təhlili, yerli və ölkə səviyyəsində qərarların qəbulunda məkan məlumatlarından istifadə potensialının artırılmasından ibarətdir. Seminarın gündəliyinə məkan göstəricilərinə dair məlumatların dezaqreqasiya səviyyəsi, onların toplanması, təhlili, istifadəsi və yayılması sahəsində milli siyasi, hüquqi və institusional çərçivələr ilə yanaşı BMT-nin UN–Habitat proqramı tərəfindən hazırlanmış metodologiyaların tətbiqi ilə bağlı aktual məsələlər də daxil edilib. Üç gün davam edən seminarda məkan göstəriciləri üzrə məlumatların idarə edilməsi sahəsində milli təcrübələr, mövcud çətinliklər və alternativ metodlar müzakirə edilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info