“Marsey” İdman Klubu yarandı
Tarix: 28.03.2018 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


“Uşaqlar və gənclər məşq etmək üçün bizə müraciət edəndə, onlarla qısa müsahibə aparırıq və onlara nə məqsədlə idmanla məşğul olacağını soruşuruq. Onlar biri-birindən maraqlı fikirlər səsləndirirlər. Amma bütün bunlara baxmayaraq, biz hər bir şəxsə idmanın faydalarından danışırıq. Tələbələrə məsləhət edirik ki, küçədə, məktəbdə, ümumiyyətlə, ictimai yerlərdə idmandan öyrəndiklərinizi tətbiq etməyin: səbirli olun, ağıllı davranın və əsasən dərslərinizdən yayınmayın, çoxlu kitablar oxuyun. İdmanla yalnız onun üçün məşğul olun ki, məşqlərdə nümunəvi, əzmkarlıq göstərəsiniz və yarışlara qatılasınız, qalib olasınız. Bununla da həm Azərbaycanın bayrağını yüksəklərə qaldırmış, həm də güclü olduğunuzu isbat etmiş olacaqsınız. Ümumiyyətlə, tələbələrimizi pis vərdişlərdən uzaq tutmağa çalışırıq. Onlara mütəmadı olaraq xəbərdarlıq edirik ki, çayxanalarda, qəlyanxanalarda və yaxud əyləncə mərkəzlərində vaxt keçirdiklərini bilsək, yarışlardan uzaqlaşdıracağıq. Tələbələrimizə ciddi nəzarət edirik.”


Bunu ötən gün Bakıda açılışı olan “Marsey” idman klubunun MMA (Mixed Martial Arts - qarışıq döyüş sənəti) üzrə məşqçisi, peşəkar idmançı Əhməd Rüstəmov deyib. O, klubun fəaliyyətindən bəhs edərək bildirib ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin yerli nümayəndəliyinin rəhbəri və “Marsey” idman klubunun prezidenti Seyran Hüseynovun dəstəyi ilə eyniadlı klubu ilk dəfə Azəbaycanda Bakıda təsis ediblər:


“Marsey” idman klubu Kanadada, Kubada, Dağıstanda, o cümlədən Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərir.


Bakıdakı Klubda üzgüçülük, fitnes, kikboksinq və MMA məşqləri keçirilir. Kikboksinq idman növündən, beynəlxalq dərəcəli məşqçi və Azərbaycanın əməkdar məşqçisi Ruhi Hüseynov dərs deyir. Həmçinin Ruhi müəllim klubun baş məşqçisidir. Fitnes üzrə məşqçimiz isə 25 illik təcrübəyə malik Rauf Əliyevdir.


Digər məşqçilərlə də danışıqlar aparırıq. Qarşıdakı günlərdə cüdo, sambo və digər idman növlərində də məşqlərin keçirilməsini planlaşdırırıq.”


Ə.Rüstəmov onu da qeyd edib ki, Moskvada “Marsey” idman klubunda Heydər Əliyev Fondunun vitse-prezidenti və həmin fondun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyeva iki dəfə təbrik edib.


Peşəkar idmançı qısa zaman ərzində klubun fəaliyyətini uğurla qeyd edib:


“Bu yaxınlarda İsmayıl rayonunda keçirilən kikboksinq üzrə Azərbaycan çempionatında iki idmançısı mübarizə aparıblar. Onlardan biri Ruhi Hüseynovun tələbəsi Ruslan Hüseynovdur. Ruslan Ruhi müəllimin oğludur.


Bundan başqa, bu ilin may ayında Ukraynanın Odessa şəhərində keçiriləcək MMA üzrə beynəlxalq çempionatda mən və Ruhi Hüseynovun tələbələri mübarizə aparacaqlar.


Daha sonra qarşıdakı aylarda Rusiyanın Kislovodsk şəhərində peşəkarlar arasında MMA üzrə dünya çempiontı keçirləcək. Bu yarışda da tələbələrimiz iştirak edəcəklər.”


Məlumat üçün bildirək ki, “Marsey” idman klubunun açılış mərasimində Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, 5 qat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, dəfələrlə beynəlxalq turnirlərin qalibi Ehram Məcidov, Azərbaycan Pankration (Qaydasız Döyüş) Federasiyasının prezidenti Azad Əsgərov və başqa tanınmış idman nümayəndələri iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub
17.11.2018
“Neymar qayıtmaq istəsə, Barcelona-da ona heç kim mane olmayacaq”
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info