Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bəzi məlumatları SMS vasitəsilə öyrənmək olar
Tarix: 28.03.2018 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara daşınmaz əmlakla bağlı bir sıra əməliyyatlar zamanı dərhal məlumat almaq imkanı yaradır. Bu informasiyanı almaq isə olduqca sadədir və internet tələb olunmur. Məlumatı 9193 SMS nömrəsi vasitəsilə əldə etmək olar.
Komitədən bildirilib ki, daşınmaz əmlakla bağlı bir sıra əməliyyatlar komitənin 3 SMS xidməti vasitəsilə həyata keçirilir. Belə xidmətlər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı tələb olunan xidmət haqqını və icra vəziyyətini öyrənmək mümkündür. Eyni zamanda, vətəndaş dövlət əmlakının icarəyə verilməsi ilə bağlı dövlət əmlakının istifadəsi müqabilində verilən icarə haqqı borcu haqqında informasiyanı əldə edə bilər.
Bu əməliyyatların yerinə yetirilməsi üçün vətəndaşın uzun prosedurdan keçməsinə ehtiyac qalmır. Belə ki, sadəcə çıxarış almaq üçün müraciət üzrə bildiriş nömrəsi və ya dövlət əmlakının icarə müqavilə kodu 9193-ə göndərilməlidir. Xüsusi olaraq portalda və ya səhifədə qeydiyyatdan keçmək, elektron imza almaq və ya digər internet prosedurlarını həyata keçirmək tələb olunmur. Yalnız mobil telefonun olması xidmətlərdən istifadə üçün yetərlidir. Bu isə vətəndaş məmnunluğunu artırmaqla onların vaxt itkisinin qarşısını alır. Nəticədə geniş əhali kütləsi və biznes qurumları rahat və operativ qaydada SMS xidmətlərindən yararlana bilirlər.
Komitənin belə xidmətləri istifadəyə verməsində başlıca məqsədi fəaliyyət sahələrində şəffaflığın səviyyəsini daha da yüksəltmək, xidmətlərdə əlçatanlığı, funksionallığı və operativliyi təmin etməkdir. Eyni zamanda, sosial məmnunluğu artırmaq, vətəndaş rahatlığını təmin etmək, məmur-vətəndaş ünsiyyətini minimuma endirmək, müasir dövrün tələbinə uyğun innovasiyaların tətbiqini genişləndirmək də əsas vəzifələrdəndir.
İstənilən vətəndaş daşınmaz əmlakına dair çıxarış almaq üçün müraciət etdikdə bildiriş nömrəsi əldə edir. Daha sonra şəxs həmin nömrəni 9193-ə SMS göndərməklə tələb olunan xidmət haqqı məbləğini dərhal öyrənə bilir. Həmçinin bu SMS xidməti vətəndaşın daşınmaz əmlakın qeydiyyatı üçün, rüsum da daxil olmaqla, tələb olunan xərci müəyyən etməsini təmin edir. Dövlət rüsumunun məbləği dəyişməz olsa da, xidmət haqqının məbləği Tarif Şurasının qərarına əsasən hesablanır və əmlakın ölçüsünə, yerləşdiyi zonaya və digər göstəricilərə görə dəyişir. Xidmət haqqının son məbləği qeydiyyat prosesində dəqiqləşir. SMS xidmət isə bu məbləği ərazi qeydiyyat idarəsinə getmədən öyrənməyə imkan verir. Vətəndaş həmin məbləği bank və ya elektron qaydada ödədikdən sonra hazır çıxarışı əldə edir. Xidmət haqlarını ərazi qeydiyyat idarələrində, o cümlədən respublika ərazisində quraşdırılmış elektron ödəniş terminallarından ödəmək imkanları da yaradılıb.
Digər SMS xidmət vətəndaşın çıxarış alması üçün müraciətinin icra vəziyyətinin hansı mərhələdə olmasını müəyyən etməyə imkan verir. Belə ki, vətəndaş ona verilən bildiriş nömrəsini SMS-lə 9193-ə göndərərək müraciətinin icra vəziyyəti barədə məlumatı dərhal almış olur. Bu məlumatlar vasitəsilə vətəndaş qeydiyyat prosesinin mərhələlərini mobil qaydada izləyir. SMS məlumatda çıxarışın hazırolma tarixi göstərilir. Vətəndaşın bu məlumatı əldə etmək üçün qurumun özünə gəlməsinə, çağrı mərkəzinə zəng vurmasına ehtiyac qalmır. Qeydiyyat prosesi qanunvericilikdə nəzərdə tutulmuş müddətdə davam edir və çıxarış bu müddətin sonunda hazır olur.
Komitənin dövlət əmlakının icarəsi ilə bağlı da SMS xidməti fiziki və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmət dövlət əmlakının icarəyə verilməsi haqqında bağlanmış müqavilələr üzrə icarə haqqı borcunu öyrənmək imkanı yaradır. Belə ki, hüquqi və fiziki şəxslər icarə müqaviləsi kodunu SMS-lə 9193-ə göndərərək cari borcu barədə məlumat ala bilir. Eyni zamanda, komitə tərəfindən bütün icarəçilərə ayda bir dəfə icarə borcu barədə SMS məlumat göndərilir.
Qeyd edək ki, hazırda komitənin fəaliyyət sahələri üzrə 37 elektron xidmət vətəndaşların istifadəsindədir. Bunlardan 24-ü daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info