“Rusiyaya qarşı addım atmayacağıq“
Tarix: 28.03.2018 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


"Bizim onlar kimi hərəkət etməyimiz müzakirə mövzusu deyil".
 
Türkiyənin "Yeniçağ" qəzetinin verdiyi xəbərə görə, bu sözləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Sergey Skripal hadisəsi ilə bağlı Qərb ölkələri tərəfindən Rusiya diplomatlarının "arzuolunmaz şəxs" elan olunmasına münasibət bildirərkən deyib.
 
Bolqarıstanın Varna şəhərində keçirilmiş Avropa İttifaqı-Türkiyə zirvəsindən qayıdan R. T. Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
“İngiltərə və Rusiya arasında casusluq böhranı böyüyür. Aİ-nin 14 ölkəsi Rusiya diplomatlarını xaric etmək qərarına gəldi. Türkiyəyə bu yöndə bir basqı varmı?" sualına R. T. Ərdoğan belə cavab verib: "Xarici İşlər nazirliyimiz Türkiyənin mövqeyini istər NATO-ya, istərsə də Avropa İttifaqına çatdırır. Bizim tamamən onlar kimi hərəkət etməyimiz söhbət mövzusu deyil. Bir iddiaya istinadən bəzi ölkələr addım atdı deyə, biz də eyni addımı atmalıyıq şəklində bir anlayış içində olmağımız mümkün deyil".
 
Qeyd edək ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliya kimyəvi silah hücumuna məruz qalıb. Britaniya hökuməti hadisədə Rusiyanı ittiham edərək bu ölkə ilə siyasi təmasları dayandırıb, 23 rusiyalı diplomat-kəşfiyyatçını persona non-qrata elan edib. Ötən həftə Aİ liderlərinin Brüsseldə keçirilən zirvə görüşündə Britaniyanın baş naziri Tereza Mey hadisə barədə həmkarlarını məlumatlandırıb və onlara kəşfiyyat məlumatları təqdim edib. Bundan sonra Aİ bəyanatla çıxış edərək hadisədə Rusiyanı günahlandırıb. Martın 25-dən başlayaraq bir sıra Aİ ölkələri (son məlumata əsasən 16 üzv ölkə), eləcə də ABŞ, Kanada, Avstraliya, Ukrayna və digər dövlətlər Rusiya diplomatlarını "arzuolunmaz şəxs" elan etməyə başlayıblar. Türkiyənin üzv olduğu NATO-nun rəhbərliyi də təşkilatın mənzil-qərargahında akkreditə olunmuş 7 Rusiya diplomatına qarşı eyni addımı atıb. Bundan başqa, Rusiyanın NATO-dakı daimi nümayəndəliyində çalışan rusiyalıların sayı 30-dan 20-yə endirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Peskov: “Putin Ərdoğana çox etibar edir”
15.02.2019
Yerevanda “Rusiyada necə inqilab etməli?” kursları keçirilib
15.02.2019
Yerevanda avtobus sürücüləri tətil edirlər
15.02.2019
İslamabadda “İpək yolunun dostları” təşəbbüsünə start verilib
15.02.2019
ABŞ Rusiya ilə Almaniya arasında “Berlin divarı” çəkə biləcəkmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info