Ən böyük tələbə yataqxanası istifadəyə veriləcək
Tarix: 28.03.2018 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, ən müasir standartlara uyğun inşa olunan yataqxanada yalnız ADNSU-nun tələbələri deyil, Bakıda yerləşən digər ali məktəblərdə təhsil alan və yataqxanaya ehtiyacı olan tələbələr müvafiq kvotaya əsasən yerləşmək imkanı qazanacaqlar. Yataqxana binası 800 nəfərə yaxın tələbə, həmçinin müəllim üçün nəzərdə tutulub. 0,8 hektar ərazini əhatə edən yataqxana binasının ümumi sahəsi 21 min kvadrat metrdən çoxdur. Binada kitabxana, oxu zalı, istirahət otaqları, camaşırxana, yeməkxana, fitnes zalı da fəaliyyət göstərəcək.
Yataqxananın növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info