Novruz bayramı günlərində Qəbələyə 21 minə yaxın turist gəlib
Tarix: 28.03.2018 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Novruz bayramı günlərində Qəbələyə minlərlə yerli və xarici turist gəlib.
Turist axını səbəbindən bu günlərdə Qəbələdəki beş, dörd və üçulduzlu otellərin hamısında otaqlar dolu olub. Hətta Qəbələyə gələn qonaqlar kirayə verilən boş kənd evləri tapmaqda çətinlik çəkiblər. Rayonda bir neçə musiqili-əyləncəli bayram tədbirinin, tamaşa və konsertlərin, satış yarmarkalarının təşkili turistləri daha çox cəlb edib.
Qəbələ rayonunda otel və restoran xidmətlərinə görə qiymətlər münasib olub ki, bu da müştərilərin ürəyincədir. Ailəvi gələn və bir neçə gün rayonda qalıb dincəlmək istəyən turistlər əsasən meşə və çay kənarındakı kotteclərdə və kirayə verilən kənd evlərində istirahətə üstünlük verirlər. Rayonun dağlıq və meşəlik ərazilərində yerləşən Vəndam, Nohurqışlaq, Duruca, Qəmərvan, Bum və Bunud kəndlərindəki evlərin təxminən yarısı kirayə verilir ki, bu da yerli əhalinin dolanışıq şəraitinin yaxşılaşmasına səbəb olur. Həmçinin turistlər istirahət etməklə yanaşı, Qəbələnin qədim tarixi, müasir şəhərsalma mədəniyyəti və ləziz mətbəxi ilə də yaxından tanış olmaq imkanı qazanırlar.
Qəbələ Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bayram tətili günlərində rayona 21 minə yaxın turist gəlib. Bu da ötənilkindən iki dəfə çoxdur. Qəbələyə gələn turistlərin 7000-dən çoxu xarici vətəndaşlar olub. Onların arasında Türkiyə, İran, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Gürcüstan, Rusiya və Ukraynadan olan turistlər üstünlük təşkil edib.
Səudiyyə Ərəbistanından gələn turist Abdulaziz Alnuaimi Hmoud müsahibəsində Azərbaycana ilk dəfə səfər etdiyini, Bakıdan sonra istirahət üçün Qəbələyə gəldiyinə görə çox sevindiyini bildirib. “Qəbələnin təbiəti çox gözəldir. Otel və istirahət mərkəzlərindəki infrastruktur və qonaqlara göstərilən xidmətin səviyyəsi ürəyimcədir. Meşə gəzintisinə çıxmaqdan və təbiət qoynunda şəkil çəkdirməkdən zövq alıram. Dostlarımla yenidən buraya qayıdacam”.
Rusiyalı turist Olqa Ramenskaya Qəbələnin havasının çox təmiz, təbiətinin gözəl, insanlarının qonaqpərvər olduğunu deyib: “Qəbələnin qədim tarixi məkanlarında olmuşam. Eləcə də “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində kanat və xizək xidmətlərindən istifadə etmişəm, Nohur gölündə qayıqla gəzintiyə çıxmışam. Qəbələyə məxsus daşarası kababını və təndirdə bişirilən quzu ətini çox bəyəndim. Ləziz milli xörəkləriniz var”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info