“Azərbaycan iqtisadiyyatın diversifikasiyası üçün tədbirləri davam etdirməlidir”
Tarix: 28.03.2018 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri ilə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın diplomatik xidmətinin başa çatmasına həsr olunmuş aylıq işgüzar nahar təşkil olunub. 
 
APA-nın xəbərinə görə, tədbiri açıq elan edən AmCham Azərbaycanın prezidenti Nuran Kərimov və icraçı direktor Natəvan Məmmədova R. Sekutaya Azərbaycanda xüsusi xidmətlərinə görə minnətdarlıqlarını ifadə ediblər, 2015-ci ildə Bakıya gələn səfirin Palatanın fəaliyyətinə böyük töhfə verdiyini vurğulayıblar.  
 
R. Sekuta isə Azərbaycanın regionda strateji mövqe tutduğunu deyib. O, Azərbaycanın neft-qaz ölkəsi olduğunu və bu istiqamətdə strategiyasını davam etdirdiyini bildirib: "Bu strategiya ilə yanaşı Azərbaycan iqtisadiyyatın  diversifikasiyası üçün tədbirləri davam etdirməlidir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, o cümlədən Ələt limanı Şərq-Qərb, həmçinin Şimal-Cənub dəhlizi boyu ticarət əlaqələrinin möhkəmlənməsinə təsir edəcək strateji layihələrdir. Bu layihələr də Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə töhfə verir".  
  
O bu il Azərbaycan Cümhuriyyətinin 100 illiyinin qeyd ediləcəyinin əhəmiyyətini vurğulayıb və Azərbaycanın Şərqdə yaranan ilk müsəlman demokratik respublikası olduğunu deyib. 
 
Səfir Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bu problemin sülh yolu ilə həllinə köməyə çağırıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan nefti bahalaşıb
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info