31 mart soyqırımının 100 illiyi ilə bağlı seminar keçirilib
Tarix: 28.03.2018 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Martın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə 31 mart soyqırımının 100 illiyi ilə bağlı seminar keçirilib.

Seminarda məruzə ilə çıxış edən hüquqşünas, professor Oleq Yuryeviç Kuznetsov bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsi barədə, eyni zamanda soyqırımı anlayışının yaranma tarixi, müxtəlif dövrlərdə dinc əhaliyə qaşı törədilən kütləvi qırğınlar haqqında ətraflı danışıb.

Daha sonra Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin II kurs tələbəsi Cavidan Abudov “31 mart azərbaycanlıların soyqırımı” adlı təqdimatla çıxış edib. O, azərbaycanlıların kütləvi surətdə qırğınını XX əsrdə törədilən ən faciəli hadisə kimi qiymətləndirib.

Sonda Multikulturalizm elmi-tədqiqat laboratoriyasının müdiri, dosent İrina Kunina professor O.Y.Kuznetsova təşəkkürünü bildirib və universitetin professor-müəllim heyəti və tələbələrinin seminardan faydalı məlumatlar əldə etdiyini sözlərinə əlavə edib.

İnteraktiv şəkildə keçirilən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info