Qida məhsullarının istehsalında istifadə olunan əlavələr insan üçün təhlükəlidirmi?
Tarix: 28.03.2018 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının istehsalında istifadə olunan əlavələrin təhlükəli olub-olmaması ilə bağlı araşdırma aparıb. Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən “Palitra”ya bildirilib ki, qida istehsalı zamanı məhsulun bir sıra keyfiyyət xüsusiyyətlərini artırmaq üçün təbii və ya sintetik yolla əldə edilmiş qida əlavələrindən istifadə edilir. Qida əlavəsi qida məhsulunun tərkibinə daxil olur. Heç vaxt qida əlavəsinin ayrıca istifadəsinə yol verilmir. Qida əlavəsi istifadə edilən zaman bir sıra önəmli qaydalar nəzərə alınır. Bu qaydalara insan sağlamlığı üçün tam təhlükəsiz olması, insan üçün toksik və ya zəhərli olmaması, insanda xərçəngin əmələ gəlməsinə səbəb olmaması, zərərli maddələrin olmaması və antibakterial effektinin olması aiddir.
Məlumata əsasən, hazırda qida istehsalı sənayesində təxminən 2500-ə yaxın qida əlavəsindən istifadə edilir. Bu əlavələrə aromatizatorlar, boyayıcı maddələr, qidanı uzun müddət saxlamaq üçün konservantlar, dadlandırıcılar, antioksidantlar və s. aiddir. Qida əlavələrini adlandırmaq üçün xüsusi standartlardan istifadə edilir.
Avropada qida məhsulunun istehsalı zamanı qida əlavəsi istifadə edilmişdirsə, onun kodu mütləq məhsulun nişanlanmış üz qabığında qeyd edilir. Məsələn, E260 kodunda “E” məhsulun Avropada istehsal edildiyini, 260 isə tərkibində sirkə turşusunun olduğunu bildirir. Əgər məhsul Avropadan kənarda istehsal edilirsə, onda qida əlavəsinin kodu “E” işarəsi olmadan yazılır.
Dünyada qida istehsalı zamanı istifadə edilən bütün qida əlavələrinin kodları Codex Alimentarus Komissiyasının səhifəsində qeyd edilib. Bu cür sistematikanın aparılması həm istehsalçıların, həm də istehlakçıların düzgün informasiya almasına kömək edir. Qida əlavəsinə verilən belə kodlar onların öncədən laboratoriyada insan sağlamlığına ziyanlı olub-olmaması tədqiq edilərək, tam təhlükəsiz olduğu müəyyənləşdirildikdən sonra verilir. Hər bir qida əlavəsinin hansı miqdarda və ya həcmdə istifadəsi də bu tədqiqatlar zamanı müəyyən edilərək standart kimi tətbiq edilir.
Qida məhsullarının istehsalı zamanı istifadə edilən qida əlavələri müxtəlif funksional qruplara ayrılır: E100 - E182 qrupu - rəngləyiciləri, E200 - E280 qrupu – konservantları, E300 - E391 qrupu - antioksidantları və turşuluq tənzimləyicilərini, başqa sözlə, məhsulun tez xarab olmasının qarşısını alan maddələri, E400 - E482 qrupu - stabilizatorları, yəni qida məhsulunun tərkibini sabit saxlayan maddələri, E550 - E583 qrupu - emulqatorları, yəni məhsulun müəyyən strukturunu saxlayan maddələri, E600 - E637 qrupu - dad və aromatizatorları, E900 - E967 qrupu - köpüyə qarşı, şəffaflıq verən əlavələri və E1100 - E1105 qrupu - ferment preparatları bildirir. Bu funksional qruplardan istifadə qida məhsullarının növünə və tərkibinə görə dəyişir.
Qida əlavələri kimyəvi və təbii yolla əldə edilir. Bunların tərkibində olan birləşmələr qida məhsullarının keyfiyyətini qoruyur, tez xarab olmasının, o cümlədən zərərli və xəstəliktörədən mikroorqanizmlər və onların toksinləri, yəni zəhərləri ilə çirklənməsinin qarşısını alır.
Qeyd olunub ki, qida istehsalı zamanı istifadə edilən vitaminlər, amin turşuları və mineral maddələr də qida əlavəsi hesab edilir. Qida əlavələrinin insan sağlamlığı üçün təhlükəsiz olması ən önəmli faktor olduğundan, onların istifadə miqdarının və müvafiq standartlara uyğunluğunun daim yoxlanılması vacibdir.
Müxtəlif növ qida istehsalında fərqli qida əlavələrindən istifadə edilir. Məsələn, ət məhsullarının istehsalı zamanı onların keyfiyyətini və uzun müddətə saxlanma xüsusiyyətlərini artırmaq üçün antioksidantlardan, dadlandırıcılardan, rəngləyicilərdən və s. istifadə edilir.
Qazlı alkoqolsuz içkilərin istehsalı zamanı E950 – Asesulfam kalium, E951 – aspartam (şəkər əvəzedici), E338 – ortofosfat turşusu, E211 - natrium benzoat və s. kimi əlavələrdən istifadə edilir.
Yuxarıda qeyd edilən hər bir qida əlavəsinin istifadəsi üçün müvafiq miqdar limiti var. Limitdən kənaraçıxmalar insan sağlamlığı üçün təhlükəlidir. Qida istehsalında geniş istifadə edilən E211 - natrium benzoat və E212 – kalium benzoat əlavələri antioksidant kimi istifadə edilən E300 – askorbin turşusu (vitamin C) ilə birləşərək benzol birləşməsi əmələ gətirir və bu maddə orqanizmdə xərçəng xəstəliyinin formalaşmasına səbəb olur.
Qida məhsullarının istehsalı zamanı istifadə edilən qida əlavələrinin rolu məhsulun keyfiyyət göstəricilərinin artırılması və bakterial çirklənmənin azaldılması olsa da, onların istifadə miqdarına dəqiq və düzgün əməl edilməsi qida təhlükəsizliyi baxımından çox vacibdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin ən önəmli vəzifələrindən biri də insanların tam təhlükəsiz qida məhsullarını istehlak etməsinə şərait yaratmaqla, qida istehsalı zamanı istifadə edilən qida əlavələrinin miqdarının düzgün istifadə edilməsini nəzarətdə saxlamaqdır.
Ümumilikdə isə qida əlavələrindən normadan artıq istifadə edilməsi insanlarda xərçəng kimi ağır xəstəliklərin yaranmasına səbəb olur. Qida əlavələrinin əksəriyyəti insan orqanizmində toplanır və ciddi fəsadlar törədir. Odur ki, qida istehsalı zamanı texnoloji təlimatlarda göstərilmiş miqdardan artıq qida əlavələrinin istifadəsinə qətiyyən yol verilməməlidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


17.11 17:52 17.11.2018 [17:21] Naxçıvan, 17 noyabr, AZƏRTAC Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun təlimatçı qismində iştirak etdiyi snayper hazırlığı kursunda şəxsi heyətə kəskin relyef və iqlim şəraitində fəaliyyət göstərmək üçün dözümlü, təmkinli və yüksək fiziki hazırlığa malik olmaq kimi xüsusiyyətlər aşılanıb. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, kurs zamanı snayper tüfənglərindən müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib. Növbəti snayper hazırlığı kursunun uğurla başa çatması münasibətilə keçirilən mərasimdə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib. Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Tehran Mənsimov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin baş çavuşu Murad Bayraqdar dostluq və qardaşlığın əyani göstəricisi olan növbəti kursda qazanılan nailiyyətlərdən danışıblar. Qeyd olunub ki, məşğələlər zamanı hədəfin aşkar edilməsi, hədəfə gizli yaxınlaşma, atəş mövqeyi seçmə, maskalanma, atəş üçün ilkin məlumatların hazırlanması, sərrast atəşlə şərti hədəfin məhv edilməsi və digər fəaliyyətlər məşq etdirilib. Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi, kiçik çavuş Vidadi Məmmədxanov bildirib ki, məşğələlərdə snayperlərin çətin ərazi və hava şəraitində saatlarla müşahidə aparma, həyatda qalma və dəqiq atəşaçma bacarıqları təkmilləşdirilib. O deyib: “Kursda qazandıqlarımız nəticəsində ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazırıq”. Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Teymur Eyyubov kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək bildirib ki, hər iki qardaş ölkənin hərbi qulluqçularının kurs zamanı keçirilən məşğələlərdə peşəkarlıq nümayiş etdirmələri hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun əyani göstəricisidir. Çıxışlardan sonra kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar və döş nişanları təqdim edilib. Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin MÜƏLLİFLƏ ƏLAQƏ Bölmənin digər xəbərləri 17.11.2018 [17:33] Bakı məktəblisi: Vətənimizi sevmək üçün onu görmək və tanımaq çox vacibdir 17.11.2018 [16:42] Astaranın ümumtəhsil məktəblərində bir gündə 1200 ağac əkilib 17.11.2018 [16:35] Gülnaz Əlizadə: Sinif yoldaşlarımla bölüşmək üçün xeyli məlumat toplamışam 17.11.2018 [16:31] Ağsuda məktəblərin həyətində ağacəkmə kampaniyası keçirilib – / 3 MULTİMEDİA VİDEO İNFOQRAFİKA Əvvəlki ilin məzunları imtahanların hər iki mərhələsində iştirak etməlidirlər 17.11.2018 [17:06] Əvvəlki ilin məzunları imtahanların hər iki mərhələsində iştirak etməlidirlər Fişəng yüklənmiş hava şarı insanların üzərinə düşdü 17.11.2018 [16:41] Fişəng yüklənmiş hava şarı insanların üzərinə düşdü Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq 17.11.2018 [15:39] Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq Kaliforniyada meşə yanğınları nəticəsində mindən çox insan itkin düşüb 17.11.2018 [15:21] Kaliforniyada meşə yanğınları nəticəsində mindən çox insan itkin düşüb Bütün Videolar SİYASƏT Azay Quliyev: Beynəlxalq cinayət törədənlərin cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər Azay Quliyev: Beynəlxalq cinayət törədənlərin cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər 17.11.2018 [16:33] Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir 17.11.2018 [15:54] Prezident Administrasiyasının rəsmisi: Azərbaycan ilə Belarus arasında xeyli sənəd imzalanacaq 17.11.2018 [15:36] Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır İQTİSADİYYAT Media nümayəndələri “Mazımçay“ gömrük postunda tətbiq edilən yeniliklərlə tanış olublar Media nümayəndələri “Mazımçay“ gömrük postunda tətbiq edilən yeniliklərlə tanış olublar 17.11.2018 [16:21] Dövlət Gömrük Komitəsində yeni “ elektron növbə” sistemi yaradılır 17.11.2018 [15:48] “ASAN Pay“ sistemi vasitəsilə gömrük ödənişlərinin həyata keçirilməsinə başlanılıb 17.11.2018 [15:25] Doqquz ayda Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar olub ELM VƏ TƏHSİL “Vikipediya”da Milli Qəhrəman Baxşeyiş Paşayev haqqında ingilis dilində məqalə yerləşdirilib “Vikipediya”da Milli Qəhrəman Baxşeyiş Paşayev haqqında ingilis dilində məqalə yerləşdirilib 17.11.2018 [15:57] Bakı məktəblərində yeni yaşıllıq zolaqları salınıb 17.11.2018 [15:38] Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək 17.11.2018 [15:28] Azərbaycan vətəndaşlarının xarici ali məktəblərdə doktorantura təhsilinin maliyyələşdirilməsi qaydaları hazırlanacaq MƏDƏNİYYƏT Azərbaycanın mədəniyyət naziri MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb Azərbaycanın mədəniyyət naziri MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb 17.11.2018 [17:19] Ülviyyə Şikarova: Tariximizi və mədəniyyətimizi təbliğ etmək hər bir azərbaycanlının borcudur 17.11.2018 [17:16] Rusiyada Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində “Mədəniyyət və gənclik” mövzusunda konfrans təşkil edilib 17.11.2018 [16:59] Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə saz-söz axşamı TURİZM Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub 15.11.2018 [21:44] Azərbaycan Hotel Assosiasiyasının Birinci Baş Assambleyası keçiriləcək 15.11.2018 [17:53] Sürix fəvvarələr, muzeylər və şokolad şəhəridir 14.11.2018 [15:04] Daşkənddə “Nəqşibəndiyyə turizm festivalı” keçirilib SƏHİYYƏ Respublika Perinatal Mərkəzində fetal exokardioqrafiyaya həsr olunmuş seminar keçirilir Respublika Perinatal Mərkəzində fetal exokardioqrafiyaya həsr olunmuş seminar keçirilir 16.11.2018 [21:39] Səhiyyə naziri Tərtərdə vətəndaşları qəbul edib 16.11.2018 [16:10] Atadan köçürülən böyrək gəncin həyatını xilas etdi 16.11.2018 [13:59] Flüorlu diş pastaları yüksək kariyes riski olanlara məsləhət görülür EKOLOGİYA Suraxanı rayonunda abadlıq və yaşıllaşdırma işləri uğurla davam etdirilir Suraxanı rayonunda abadlıq və yaşıllaşdırma işləri uğurla davam etdirilir 17.11.2018 [12:39] Həftəsonu Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq 16.11.2018 [18:19] “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi başa çatıb 16.11.2018 [18:07] Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb CƏMİYYƏT Hikmət Babaoğlu: Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlarımız dövlət tərəfindən dəstəklənir Hikmət Babaoğlu: Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlarımız dövlət tərəfindən dəstəklənir 17.11.2018 [16:25] Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib 17.11.2018 [14:53] AQTİ xaricdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir 17.11.2018 [13:04] Sumqayıtda beş avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb Xəbərin mətnində orfoqrafik səhv var SON XƏBƏRLƏR [17:49] DÜNYA Misir BMT-nin 14-cü Beynəlxalq Konfransını qəbul edir [17:43] MƏDƏNİYYƏT Azərbaycanın mədəniyyət naziri MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb [17:37] İDMAN Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub [17:36] ELM VƏ TƏHSİL “Vikipediya”da Milli Qəhrəman Baxşeyiş Paşayev haqqında ingilis dilində məqalə yerləşdirilib [17:33] REGİONLAR Bakı məktəblisi: Vətənimizi sevmək üçün onu görmək və tanımaq çox vacibdir [17:32] CƏMİYYƏT Hikmət Babaoğlu: Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlarımız dövlət tərəfindən dəstəklənir [17:29] SİYASƏT Azay Quliyev: Beynəlxalq cinayət törədənlərin cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər [17:21] REGİONLAR Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb [17:21] DÜNYA İran XİN: İnsan hüquqları məsələsi müstəqil dövlətlərin daxili işlərinə qarışmaq üçün bəhanədir [17:19] MƏDƏNİYYƏT Ülviyyə Şikarova: Tariximizi və mədəniyyətimizi təbliğ etmək hər bir azərbaycanlının borcudur [17:16] MƏDƏNİYYƏT Rusiyada Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində “Mədəniyyət və gənclik” mövzusunda konfrans təşkil edilib [17:08] İQTİSADİYYAT Media nümayəndələri “Mazımçay“ gömrük postunda tətbiq edilən yeniliklərlə tanış olublar [17:01] DÜNYA Myanmada fişəng yüklü hava şarı tamaşaçıların başı üzərində partlayıb VİDEO [16:59] MƏDƏNİYYƏT Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə saz-söz axşamı [16:42] REGİONLAR Astaranın ümumtəhsil məktəblərində bir gündə 1200 ağac əkilib [16:39] DÜNYA Papua-Yeni Qvineyanın paytaxtında APEC ölkələrinin forumu işə başlayıb [16:37] DÜNYA Yaponiya gələn il uçan avtomobillərin sınaqlarına başlayacaq [16:35] REGİONLAR Gülnaz Əlizadə: Sinif yoldaşlarımla bölüşmək üçün xeyli məlumat toplamışam [16:34] DÜNYA Şinzo Abe APEC forumunda azad ticarət naminə mübarizə aparmaq niyyətindədir [16:33] SİYASƏT Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir [16:31] REGİONLAR Ağsuda məktəblərin həyətində ağacəkmə kampaniyası keçirilib [16:25] CƏMİYYƏT Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib [16:21] İQTİSADİYYAT Dövlət Gömrük Komitəsində yeni “ elektron növbə” sistemi yaradılır [16:14] REGİONLAR Diri çəkidə ət istehsalı 3,1 faiz artaraq 417,7 min tona çatıb [16:06] İDMAN “Bavariya” Zidanla danışıqlara başlayıb [16:05] REGİONLAR “Hər ailə ağac əksin” aksiyasına Şirvan sakinləri də qoşulub [16:04] DÜNYA İspaniya hökuməti bütün AES-ləri 2030-cu ilədək bağlamaq niyyətindədir [16:03] RƏSMİ SƏNƏDLƏR “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı [16:02] RƏSMİ SƏNƏDLƏR Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Raymonds Veyonisə [16:01] REGİONLAR XI sinif şagirdi: Şimal bölgəsinin gəzməli-görməli yerləri ilə tanışlıqdan böyük zövq aldıq [16:00] RƏSMİ SƏNƏDLƏR Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə [15:58] REGİONLAR “Ölkəmizi tanıyaq”: Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiya uğurla başa çatıb [15:57] ELM VƏ TƏHSİL Bakı məktəblərində yeni yaşıllıq zolaqları salınıb [15:54] SİYASƏT Prezident Administrasiyasının rəsmisi: Azərbaycan ilə Belarus arasında xeyli sənəd imzalanacaq [15:52] REGİONLAR Gəncədə tur-aksiya iştirakçıları arasında keçirilən intellektual oyunun qalibləri müəyyənləşib [15:48] İQTİSADİYYAT “ASAN Pay“ sistemi vasitəsilə gömrük ödənişlərinin həyata keçirilməsinə başlanılıb [15:47] REGİONLAR Biləsuvar məktəblisi: Tur-aksiya sayəsində ölkəmiz haqqında biliklərimiz daha da zənginləşdi [15:38] ELM VƏ TƏHSİL Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi keçiriləcək [15:37] İDMAN İradə Qurbanova: Məqsədimiz Dünya Kubokunda medal qazanmaqdır [15:36] SİYASƏT Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır ƏN ÇOX OXUNAN 16.11.2018 [21:05] 2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı 17.11.2018 [08:10] 17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür 16.11.2018 [20:03] “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 17.11.2018 [13:00] Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilib YENİLƏNİB 16.11.2018 [18:06] “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Prev Next Mo Tu We Th Fr Sa Su 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 MÜSAHİBƏ 17.11.2018 [12:40] 300 illik tarix, 700 milyon sənəd, 17 min fond... 17.11.2018 [12:05] Mikayıl Cabbarov: Vergi siyasəti iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir 15.11.2018 [17:08] “Keşlə”nin müdafiəçisi: Son üç turda qazandığımız nəticələr komandada yüksək əhval-ruhiyyə yaradıb 15.11.2018 [10:47] Ədalət məhkəməsinin aparılması prosesinin rəqəmsallaşması dövrün tələbidir ANALİTİKA 17.11.2018 [14:34] Üçrəngli Azərbaycan bayrağının Naxçıvanda əbədi yüksəkliyə qaldırıldığı gün - 17 noyabr 1990-cı il 15.11.2018 [20:20] “PostOPEC” mərhələsi: enerji savaşının mümkün fəlakətləri 14.11.2018 [15:18] Aİ-nin üç problemi: təşkilatın riskləri artır 10.11.2018 [17:42] Cümhuriyyət dövründə gömrük xidmətinin yaradılması siyasi və iqtisadi müstəqilliyi möhkəmləndirməyə xidmət edirdi BU MARAQLIDIR 17.11.2018 [16:37] Yaponiya gələn il uçan avtomobillərin sınaqlarına başlayacaq 16.11.2018 [16:49] Yaponiyada süni peyk biznesi haqqında qanun qüvvəyə minib 14.11.2018 [12:19] İrlandiya Mülki Aviasiya İdarəsi uçan naməlum obyektlərlə bağlı araşdırma aparır 13.11.2018 [18:45] Finlandiya vətəndaşı orta hesabla hər ay öz əməkhaqqının 36 faizini vergilərə ödəyir
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info