“Azərbaycanda aparılan işlər Avropa Sosial Xartiyası departamenti tərəfindən məmnunluqla qarşılanır”
Tarix: 28.03.2018 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Avropa Sosial Xartiyası departamentinin müdiri, Sosial Hüquqlar üzrə Avropa Komitəsinin icraçı katibi Reji Briya ilə görüş olub. Görüşdə Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes də iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sosial-iqtisadi siyasətin mərkəzində vətəndaş amilinin dayandığını, ölkənin ümumi inkişafının sosialyönümlü olduğunu, əldə edilən iqtisadi dividentlərin ilk növbədə sosial məqsədlərə yönəldiyini vurğulayıb: “Eyni zamanda, Azərbaycan sosial dövlət olaraq, sosial hüquqlar sistemini və bu hüquqların müdafiəsi mexanizmini müasir dünya təcrübəsi əsasında, mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirir. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan qısa müddət sonra, 2001-ci ilin oktyabr ayında insanların sosial və iqtisadi hüquqlarının qorunması üzrə Şura çərçivəsində regional beynəlxalq müqavilə olan Avropa Sosial Xartiyasına qoşulması da bunu aydın şəkildə göstərir. Ötən müddətdə ölkəmiz 31 maddədən və əlavələrdən ibarət olan Xartiyanın mütləq xarakter daşıyan əsas maddələrini, ümumilikdə 18 maddəsini ratifikasiya edib”.
Nazir bildirib ki, Avropa Sosial Xartiyasının ölkəmiz tərəfindən ratifikasiya olunmuş maddələri əmək, təşkilatlanma, kollektiv müqavilələr bağlamaq, uşaq və gənclərin müdafiəsi, ailənin sosial, hüquqi, iqtisadi müdafiəsi, cinsi ayrı-seçkiliyə məruz qalmadan məşğulluq sahəsində bərabər imkanlar və s. ilə bağlı hüquqları əhatə edir. Həmin maddələr əsasında milli qanunvericilikdə müvafiq təkmilləşdirmələr aparılıb. Qarşıdakı dövrdə də bu istiqamətdə işlər davam etdiriləcək: “Bu gün Azərbaycanın inkişafını və müasir dövlət olduğunu səciyyələndirən əsas cəhətlərdən biri kimi, ölkəmiz dünya hüquq sistemlərində mövcud olan mütərəqqi dəyərləri, təşəbbüsləri daim bölüşür, o cümlədən insanların sosial hüquqları ilə bağlı qabaqcıl beynəlxalq təcrübədən irəli gələn normalara tərəfdar çıxır. Hazırda Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə və s. sahələrdə də hər bir cəmiyyət üzvü üçün bərabər imkanlar yaradan sosial qanunvericilik bazası, həmçinin vətəndaşların sosial və iqtisadi hüquqlarının təmin edilməsi üçün institisional və hüquqi əsaslar vardır. Təbii ki, ölkəmiz inkişaf etdikcə, milli sosial hüquqlar sisteminin təkmilləşdirilməsi, eləcə də əhalinin ayrı-ayrı qrupları üçün təminat səviyyəsinin artırılması istiqamətində proseslər davam etdirilir. Bu mənada gələcəkdə də Avropa Sosial Xartiyasının digər bir sıra maddələrinin ratifikasiyası ilə bağlı məsələlərə baxıla bilər”.
S.Müslümov ölkəmizdə sosial hüquqlar sisteminin inkişaf etdirilməsində Avropa Şurasına üzv dövlətlərdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planından irəli gələn prinsiplərin də daim diqqətdə saxlanıldığını vurğulayıb. Nazir əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi, bu sahədə aktiv tədbirlərin geniş tətbiqi yönündə aparılan işlər barədə də məlumat verib. O, Azərbaycanda yeni çağırışlara cavab verən və geniş əhatəliliyə malik olan, etibarlı sosial müdafiə sisteminin formalaşdırıldığını diqqətə çatdırıb. S.Müslümov həmçinin əmək, sosial təminat, əlilliyin qiymətləndirilməsi sahələrində yaradılmış elektron sistemləri qeyd edib, bu sahələrdə əhaliyə müasir və şəffaf xidmətlərin göstərildiyini, sosial müdafiə sisteminin həssas əhali qrupları üçün əlçatanlığının təmin edildiyini bildirib.
R.Briya Avropa Sosial Xartiyasının maddələrinin ratifikasiyası, sosial sahədə milli qanunvericiliyin Xartiyanın ratifikasiya olunmuş maddələrinə uyğun təkmilləşdirilməsi sahəsində Azərbaycanda aparılan işlərin Avropa Sosial Xartiyası departamenti tərəfindən məmnunluqla qarşılandığını qeyd edib. O, ölkəmizdə aparılan sosial siyasətin ildən-ilə güclənməsinin, həssas əhali qruplarının təminat səviyyəsinin getdikcə artırılmasının, onların sosial hüquqlarının təmin edilməsinin, həmçinin Avropa Şurasının sosial birlik prinsiplərinin diqqətdə saxlanmasının təqdirəlayiq olduğunu bildirib.
Görüş Azərbaycanda sosial hüquqlar sisteminin Avropa Sosial Xartiyasının maddələri əsasında təkmilləşdirilməsi üzrə görülən işlərə və bu sahədə gələcək vəzifələrə dair fikir mübadiləsi ilə davam edib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info