Bələdiyyə sədri Avropa Şurasının sessiyasında iştirak edir
Tarix: 28.03.2018 | Saat: 21:45:00 | E-mail | Çapa göndər


Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Yerli və regional səviyyələrdə insan hüquqlarına əsaslanan idarəçilik” mövzusunda 34-cü plenar sessiyasına start verilib. Bu barədə Azərbaycanın Yerli və Regional Hakimiyyətlər Orqanlarını təmsil edən Milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib. Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Milli Məclisinin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Məmmədzadə Aqşin və həmin sektorun baş məsləhətçisi İsmayıl Cəfərov da təmsil olunur. Üç gün davam edəcək sessiyada kəskin diskussiyalar aparılır, məsələlər bütün Avropa ölkələrinin əhalisinin əksəriyyətinə aiddir. Dayanıqlı inkişaf, miqrasiya, mədəniyyət və təhsil, şəhərlərdə sosial mütəşəkkillik, yerli hakimiyyət orqanlarının maliyyə təminatı problemlərinə xüsusi diqqət yetirilir. Bir sıra məsələlər, o cümlədən Latviyada yerli demokratiyanın vəziyyəti, Gürcüstanda baş tutmuş yerli hakimiyyətlər orqanlarına seçkilər haqqında hesabatlar dinlənəcək. Həmçinin “Etnik dovlətlərin regional identikliyi” və “Regional referendum demokratik alət kimi” mövzusunda məsələlər üzrə debatlar təşkil olunacaq. Konqresin gedişatında Azərbaycan, Ukrayna, Belarusiya, Gürcüstan, Moldova, Ermənistan ölkələri üçün “Yaxşı idarəetmə üçün Tərəfdaşlıq” Avropa İttifaqı və Avropa Şurasının birgə proqramına həsr olunan stendin nümayişi keçirilir. Burada “Yerli idarəçilik üzrə institusional strukturların gücləndirilməsi” (2015-2017) tematik proqramının nəticələri olan “Şəffaflıq və vətəndaşların iştirakı məsələlərinə dair vəsait”, “Dəyişikliklər üzrə idarəetmə təlimatı” kimi publikasiyaları təqdim olunacaq. Həmçinin Konqresın gedişatında “Rusiya şəhərlər ittifaqı” ictimai təşkilatının 25 illiyinə həsr olunan təqdimat meydançası açılıb. Qeyd edək ki, 34-cü Plenar sessiyada Konqresin təşəbbüsü ilə gənclərin siyasətdə iştirakına dəstək olaraq Avropa Şurasının 42 üzv ölkəsindən 42 gənc nümayəndə Konqress üzvləri ilə yanaşı oturublar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info